Açıq birincilik keçirilib


Baxıldı : 229

Tarix : 2016-02-06 03:13:00


Yanvarın 30-da \ Zenit\ Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİCİB) sərbəst güləş üzrə yeniyetmələr arasında açıq birinciliyi keçirilib. Yarışda 1999-2001-ci il təvəllüdlü güləşçilər iştirak edib. Azərbaycan Həmkarlar İttifaqı İdman Təşkilatları Birliyinin (AHİTA) idman zalında təşkil edilən yarışda 1999-2001-ci il təvəllüdlü güləşçilər mübarizə aparıblar. Ümumilikdə 11 komandadan 134 nəfər idmançı medal uğrunda mübarizə aparıb. Yarışın baş hakimi Aslan Ağayev olub. \ Zenit\ BTİCİB-nin Bakı və Gəncə filialı, Gömrük (Bakı və Cəlilabad), \ Təhsil\ RİM, \ Pəhləvan\ , \ Məhsul\ , \ Xosrov Cəfərov\ , \ Turan\ idman klublarının, eləcə də Masallı, Qazax təmsilçilərinin iştirak etdiyi açıq birincilikdə 10 çəki dərəcəsində qaliblər müəyyənləşib. Rəcəb Nuriyev, Ruhan Məmmədov, İbrahim Hüseynov (\ Zenit\ , Bakı), Hüseyn Məmmədov və Vüqar Ağayev (\ Zenit\ ,Gəncə), Əvəz Həmzəyev, Fərhad İsrafilov, Sadiq Əliyev və Əvəz Əsgərov (hamısı Cəlilabad) və Sənan Mustafayev (Qazax rayonu) bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutublar.Azər MUSTAFAYEV