Aşıqlarımız beynəlxalq festivalda iştirak edirlər


Baxıldı : 285

Tarix : 2016-07-23 00:55:00


Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə sənətkarlarımız Xorvatiyada keçirilən beynəlxalq folklor musiqi festivalında çıxış edirlər.Qurumun katibi Musa Nəbioğlu bildirib ki, iyulun 19-da yola düşən qrupa AAB-nin beynəlxalq məsələlər üzrə katibi, əməkdar incəsənət xadimi Sənubər Bağırova rəhbərlik edir.Aşıqlarımız iyulun 20-dən başlayan ayın 24-dək davam edəcək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən 50-ci Beynəlxalq Folklor Festivalında iştirak edir, burada ayrı-ayrı proqramlarla 3 konsert verəcəklər.Cavid SƏFƏROV