ABŞ Azərbaycanda iş yerləri yaradacaq


Baxıldı : 284

Tarix : 2015-11-20 05:05:00


ABŞ Ticarət Departamenti iki ölkə arasında iqtisadiyyat və ticarət sahəsində mövcud olan potensialı genişləndirmək üçün yeni plan hazırlayacaq. Hazırda departament kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, regionlarda yeni iş yerləri yaradılması sahəsində sərmayə qoymağı nəzərdən keçirir. ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndəsi Derek Hoqan bildirib ki, ABŞ həmişə Azərbaycanda azad iqtisadiyyatın və sərbəst bazar münasibətlərinin inkişafına dəstək verib, müxtəlif layihələr çərçivəsində texniki yardım göstərib.ABŞ ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2014-cü ildə 2 milyard dollar təşkil edib. Hazırda ABŞ Azərbaycanda yeni sahələrdə birgə əməkdaşlıq üçün hər iki ölkənin iş adamlarını bir araya gətirmək, qarşılıqlı investisiya qoyuluşlarını təşviq etmək niyyətindədir. Qeyd olunduğuna görə, kənd təsərrüfatının vergidən azad olunması, sənaye texnoparklarına vergi və gömrük güzəştləri ABŞ şirkətlərinin Azərbaycana marağını artırır. Bu sahələr üzrə Azərbaycan İnvestisiya Şirkəti ABŞ-la birgə müəssisə yarada bilər. Həmçinin \ Globalize\ , \ Capstonr Turbin Corporation\ , \ OSİSOFT\ , \ Myamato\ kimi şirkətləri Sumqayıt Texnologiyalar Parkında investor qismində təmsil olunmaq, regionlarda biznes inkubatorların təşkilinə yardım etmək niyyətindədir. ABŞ Azərbaycan-Gürcüstan-Türkiyə Üçtərəfli İqtisadi Şurasını region üçün ən yaxşı iqtisadi platforma hesab etdiyini bildirir və bu qurumun biznes layihələrinə qoşulmağa maraq göstərir. ELBRUS