ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 20-yə çatıb


Baxıldı : 429

Tarix : 2016-02-19 06:12:00


ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok rəsmi bəyanat imzalayaraq, Xocalı soyqırımının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini \ Xocalını anma günü\ kimi tanımağa və yad etməyə çağırıb.Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.Montana ştatında Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş ilk sənəd olan bu bəyanatda S.Bullok bildirir: \ Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk\ .Sənədin sonunda 2016-cı il 26 fevral tarixinin Montanada \ Xocalını anma günü\ elan edildiyi vurğulanır.Beləliklə, bu sənədlə ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 20-yə çatıb. Azər MUSTAFAYEV