ABŞ dolları bahalaşdırdı, manatı təhlükə gözləyirmi?


Baxıldı : 276

Tarix : 2015-12-19 05:25:00


Məlum olduğu kimi, ABŞ Mərkəzi Bankının Federal Ehtiyat Departamenti (FED) son 7 ildə ilk dəfə mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcəsini artıraraq 0,25%-dən 0,50%-ə çatdırıb. Təşkilatın bu qərarından cəmi bir gün sonra - dekabrın 17-də valyuta birjalarında dollar digər valyutalara nisbətdə 2,5-4 faiz bahalaşıb. Bu prosesin qarşıdakı günlərdə bir qədər də bahalaşacağı gözlənilir. Artıq bəzi ölkələr devalvasiyanın qaçılmaz olduğunu istisna etmirlər. Ekspertlər uçot dərəcələrinin artırılmasının Azərbaycana da təsirsiz ötüşməyəcyini proqnozlaşdırırlar. Bu qərardan sonra Mərkəzi Bankdan (MB) manatın yüngül devalvasiyasına gedəcəyini bildirirlər.Mərkəzi Bankdan bildirildiyinə görə, manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir. Bankın ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, MB bununla bağlı müvafiq təhlillər aparacaq: \ FED-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək. Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik\ .MB-dən bildirildiyinə görə, hələlik bivalyuta səbətində dollar və avronun payında dəyişiklik gözlənilmir.ELBRUS