“Açıq qapı” günü


Baxıldı : 130

Tarix : 2018-01-12 23:08:33


Yanvarın 10-da Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının (İNMŞ) üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında “Açıq qapı” günü keçirilib.

Müşahidəçilər əvvəlcə müəllim-koordinatorların bölgüsünə qatıldılar. İmtahanların gedişini isə universitetin Tədris Elektron Mərkəzindən izlədilər. Sonra auditoriyalarda oldular. İNMŞ-nin üzvü, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə müxbirimizə dedi, müşahidələrimiz göstərdi ki, universitetdə imtahan zamanı tələbələrin öz biliklərini ifadə etməsi üçün yaxşı şərait yaradılıb. Obyektivlik və şəffaflıq təmin olunub. İmtahanlar müşahidə kameraları  quraşdırılmış xüsusi auditoriyalarda keçirilir. Bununla bərabər, hər auditoriyada müəllim-koordinatorları nəzarət edir. İmtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımi tədbirlər görülür.

Mən və digər müşahidəçilər universitetin rektoru, akademik Abel Məhərrəmovla görüşdə də rəhbərliyin təşkilatçılıq bacarığını yüksək qiymətləndirdik.

 Bəyalı RZAYEV