Adaçayının faydaları 


Baxıldı : 192

Tarix : 2019-06-07 13:22:52


Alimlər adaçayının beyin üçün faydalı olduğunu açıqlayıb. Məlum olub ki, adaçayı depressiyaya qarşı effektiv təsir göstərir. Həmçinin beyin funksiyasını yaxşılaşdırır, sinirləri və baş ağrısını rahatlaşdırır.

Adaçayı bədəndən zərərli toksinlərin çıxarılmasını təmin edir, bronxit və astma simptomlarını aradan qaldırır, qaraciyəri təmizləyir, sidik yolu infeksiyasının müalicəsində kömək edir, həddindən artıq tərləməni, stressi və qanda şəkəri azaldır. Həmçinin bədəni sakitləşdirir, saçların ağarmasını yavaşladır, yaddaşı gücləndirir, diş ağrılarına qarşı və ağız yaralarını müalicə etmək üçün istifadə olunur, boğaz ağrısını azaldır, qocalma prosesini ləngidir, selülit problemini minimuma endirir və həzm sistemini yaxşılaşdırır.

Dəmləmək üçün təzə və qurudulmuş adaçayı yarpaqlarından istifadə etmək lazımdır. Gün ərzində iki-üç fincan içilməsi məsləhətdir.

Azər MUSTAFAYEV