“Adam yüzü də yaşamaq istəyir”


Baxıldı : 135

Tarix : 2020-05-16 03:18:12


II Dünya müharibəsi illərində cəbhəyə Şəkidən 1477 nəfər getmişdi. Yarıdan çoxu faşistlərlə döyüşlərdə qəhrəmanlıqla həlak oldu. Vətənə cəmi 690 nəfəri qayıtdı. 150 nəfəri əmək fəaliyyətini rayonumuzda, şəhərimizdə təhsil sahəsində davam etdirdi. Təhsil şöbəsi, həmkarlar ittifaqı təşkilatı daim bu şərəfli veteranların qayğısını çəkib.
Nurməmməd Qarayevdən başqa təhsil sahəsində çalışmış II Dünya müharibəsi iştirakçılarının hamısı dünyasını dəyişib. Biz Nurməmməd müəllimi heç vaxt tək qoymamışıq. Təbii ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində də Nurməmməd müəllimin evində olduq. Şirin, maraqlı, ibrətamiz söhbətlərini dinlədik. O da bizdən bəzi məsələləri diqqətə çatdırmağı xahiş etdi. Səhəti, dolanışığı, ehtiyacları ilə maraqlandıq. Hədiyyələrimizi təqdim etdik. 95 yaşlı veteran dövlətimizin göstərdiyi qayğıdan, həmkarlar ittifaqlarının doğma münasibətindən minnətdarlıqla danışdı. Zarafatla “Adam bu hörməti görüb yüzü də  yaşamaq istəyir”, - dedi.