Addımlar düşünülmüş və razılaşdırılmış olmalıdır


Baxıldı : 318

Tarix : 2015-10-23 01:41:00


Latviyanın Təhsil İşçiləri Həmkarlar İttifaqı (LTİHİ) Təhsil və Elm Nazirliyi tərəfindən müəllimlərin əməkhaqlarının ödənilməsi haqqında hazırlanmış yeni sistemə qarşı etiraz etsə də, hökumət israrla onun həyata keçirilməsinə çalışır.LTİHİ-nin sədri İnqa Vanaqa öz müsahibəsində bu prosesin iflasa apardığını və tətilin artıq qaçılmaz olduğunu bildirib. Onun sözlərinə görə, təhsil sahəsində dəyişikliklər lazımdır, lakin bu addımlar düşünülmüş və razılaşdırılmış olmalıdır. Yeni model heç bir əhəmiyyət daşımır və çox qüsurludur. Sosial partnyorlar da bunu təsdiq ediblər. Elçin ZAKİRİ