Advokat


Baxıldı : 698

Tarix : 2015-02-07 13:45:00


Yoldaşımla məhkəmə qaydasında boşanmışıq. 2 uşağa görə aliment alıram. Bilmək istəyirəm ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra tələbi aldığım alimentə yönəldilə bilərmi?Cəmalə HƏŞİMOVA,Zaqatala rayonu.- İcra hərəkətlərinin həyata keçirilməsi və icra sənədlərində göstərilən tələblərin icra olunması icra məmurları tərəfindən təmin olunur. İcra tələblərinə aid olan müddəalar, o cümlədən tələbin borclunun əməkhaqqına və digər gəlirlərinə yönəldilməsi \ İcra haqqında\ qanunda əks olunub.Alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Ailə Məcəlləsi ilə, hansı pul məbləğlərinə icra tələbinin yönəldilə bilməməsi isə qeyd olunan qanunla nizama salınır.Tələbin yönəldilməsinə yol verilməyən pul məbləğlərinin siyahısı \ İcra haqqında\ qanunun 68-ci maddəsində qeyd olunmuşdur.Sizi icra tələbinin alimentə yönəldilə bilməsi maraqlandırsa da, borcluya ödənilən hansı pul məbləğlərinə tələbin yönəldilməsinə yol verilmədiyini geniş oxucu kütləsinin nəzərinə çatdırmaq istəyirik. Bizcə, bu, oxucular üçün də maraqlı olar:Qanunvericiliyə əsasən, tələb borcluya ödənilən aşağıdakı pul məbləğlərinə yönəldilə bilməz:- sağlamlığa vurulmuş ziyana görə, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyana görə ödənilən məbləğlərə;- xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə, həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ödənilən məbləğlərə;- uşağın doğulması ilə əlaqədar; çoxuşaqlı analara; tənha ata və ya anaya; pensiyaçılara, birinci qrup əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluğa görə; sağlamlığa vurulmuş ziyan nəticəsində zərər çəkmiş şəxslərə əlavə qidaya, protezləşdirməyə, sanatoriya-kurort müalicəsinə, habelə həmin şəxslərə qulluğa görə ödənilən məbləğlərə;- ağır və zərərli əmək şəraitində işə görə ödənilən məbləğlərə;- işdənçıxarma müavinətinin məbləğinə;- aliment öhdəlikləri üzrə ödənilən məbləğlərə;- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər məbləğlərə.Maddənin məzmunundan göründüyü kimi, icra tələbi alimentin məbləğinə yönəldilə bilməz.1) Uşaq yaradıcılıq mərkəzlərinin birində şöbə müdiri işləyirəm. Əməkhaqqım 197 AZN-dir. Peşə məktəblərində dərnək saatlarım da var (24 saat). Xəstəlik vərəqəsində dərs saatımın pulunu almalıyammı?2) Baş müəlliməm. 30 ildən çox iş təcrübəm var. Öhdəmdə 3 azyaşlı uşağım var. Həyat yoldaşım iş qabiliyyətinə malik deyil və heç bir yerdən əməkhaqqı almır. Rəhbərlik tərəfindən töhmət və tapşırıq almamışam. 14 dərəcə ilə əməkhaqqı alıram. Mən 15 dərəcə əməkhaqqı ala bilərəmmi?3) Gəlir vergisi tutulanda mənə hansı güzəştlər olar?Natiq ƏSGƏROV,Bakı şəhəri.- Sizi maraqlandıran sualların hər birini ayrılıqda cavablandırırıq:1) \ Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə\ nin 46-cı bəndində deyilir ki, ümumi təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində və işçiləri əməkhaqqı üzrə onlara bərabər tutulan digər təhsil müəssisələrində (istər bir, istərsə də bir neçə) çalışan müəllimlərə və tərbiyəçilərə müavinət pedaqoji iş üçün verilən həqiqi qazancdan hesablanır. Bu zaman faktiki qazanca əmək qabiliyyətini müvəqqəti itirdiyi, hamiləliyə və doğuşa görə məzuniyyətin başlandığı günədək tariflə müəyyən olunmuş pedaqoji iş saatları üçün verilən haqq pedaqoji iş üçün verilən əlavə haqq (sinif rəhbəri vəzifəsini yerinə yetirmək üçün, şagirdlərin yazı işlərini yoxlamaq üçün, kabinə, laboratoriya və şöbə müdirliyi üçün, təcrübə işlərinə rəhbərlik etmək üçün və s. üçün), habelə müəyyən edilmiş qaydada təsdiq olunmuş və dərs cədvəlində nəzərdə tutulan saat hesabı üçün haqq daxil edilir. Məktəbəqədər, məktəbdənkənar və digər uşaq təhsili müəssisələrində (istər bir, istərsə də bir neçəsində) çalışan pedaqoji işçilərə müavinət hesablanarkən bütün iş yerlərindəki həqiqi pedaqoji iş saatları üçün əməkhaqqı, pedaqoji iş üçün əlavə haqq nəzərə alınır.Bu bənddə göstərilən təhsil müəssisələrində, məktəbdənkənar və digər uşaq müəssisələrində, eyni zamanda müəssisədə (idarədə) müəllimlik edən və ya digər pedaqoji işi aparan rəhbər və başqa işçilərə müavinət, pedaqoji iş (müəllimlik) saatlarının haqqı da daxil olmaqla, bütün qazancdan hesablanır.Lakin nəzərinizə çatdırırıq ki, göstərilən şəxslərə müavinətin hesablanmasında nəzərə alınan qazancın ümumi məbləği əmək şikəstliyi, peşə xəstəliyi, hamiləliyə və doğuşa görə müavinətdən başqa ikiqat maaş və ya tarif dərəcəsindən artıq olmamalıdır.2) Təhsil Sahəsi İşçilərinin Qulluqçu Vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabına əsasən, müəllimin ödəniş dərəcələrinə ixtisas tələbləri aşağıdakılardır.14-cü dərəcə (1-ci kateqoriya müəllim), ali təhsilli, pedaqoji stajı 18 ildən yuxarı olan.15-ci dərəcə (ali kateqoriya müəllim)a) elmlər doktoru və ya elmlər namizədi elmi dərəcəsi olan və ixtisas üzrə fənn tədris edən;b) xalq və əməkdar fəxri adı alanlar;v) dərslik, metodik tövsiyələr müəllifləri;q) iş təcrübəsi Təhsil Nazirliyi tərəfindən bəyənilib yayılmış müəllim.Ödəniş dərəcələrinə ixtisas tələbi kimi 15-ci dərəcə ilə əməkhaqqı almaq üçün pedaqoji stajın neçə ildən yuxarı olması öhdəsində olanın iş qabiliyyətinə malik olmaması, azyaşlı uşağının olması, töhmət və ya tapşırıq almaması nəzərdə tutulmamışdır.3) Gəlir vergisindən azadolmalar və güzəştlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən olunur. 102.5 maddəyə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri əlli manat azaldılır. Həyat yoldaşınız işləmirsə və öhdənizdə 3 azyaşlı uşağınız varsa, onda sizin vergi tutulmalı olan aylıq gəlirinizdən 50 manat çıxılır və yerdə qalan məbləğdən gəlir vergisi tutulur. Həmin maddəyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətdən gəlir vergisindən azadolma nəzərdə tutulmamışdır.30 ildən artıqdır ki, həmkarlar ittifaqının fəal üzvüyəm. Bilirəm ki, həmkarlar ittifaqı fəallarının müəyyən təminatları vardır. Bu təminatlar nədən ibarətdir və qanunvericilikdə nəzərdə tutulubmu?Ələviyyə BAĞIROVA,Bakı şəhəri .- Bütün həmkarlar ittifaqları fəallarının təminatları aşağıdakılardır:- kollektiv danışıqların iştirakçıları-həmkarlar ittifaqlarının nümayəndələri kollektiv danışıqların aparıldığı dövrdə orta aylıq əməkhaqqı saxlanılmaqla il ərzində üç ay müddətinədək əmək funksiyasının icrasından azad olunurlar. Həmin müddət onların əmək stajına daxil edilir.Kollektiv danışıqlarla əlaqədar xərclər işəgötürən tərəfindən ödənilməlidir. Kollektiv danışıqların iştirakçılarının danışıqlar dövründə, intizam məsuliyyətinə cəlb olunmasına, başqa işə keçirilməsinə və ya işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir (ƏM m.27).Yuxarıda göstərilən təminatlar kollektiv əmək mübahisələrinin həllində iştirak edən həmkarlar ittifaqı üzvləri üçün də nəzərdə tutulmuşdur (ƏM m.269).Əməyin mühafizəsi üzrə müvəkkilin öz vəzifələrini yerinə yetirməsi üçün işəgötürən ona hər həftə orta əməkhaqqını ödəməklə iş vaxtında azı iki saat vaxt ayırır ( ƏM m.236).Sorğuları şərh etdi: AHİK-in Hüquq Şöbəsi