Advokat


Baxıldı : 670

Tarix : 2015-02-14 04:26:00


İki aydan çoxdur ki, Əmək veteranı” adı almışam. Əmək veteranı” vəsiqəsi də veriblər.Dünən qonşum məndən soruşdu ki, əmək veteranına düşən güzəştlərdən istifadə edirəm, ya yox? Əmək veteranı” adı alan şəxslərə hansı imtiyaz və güzəştlər düşür? Araz ƏLİYEV,Ağsu rayonu.- Veteranlar barəsində dövlət siyasətinin əsasları \ Veteranlar haqqında\ qanunda müəyyənləşdirilmişdir. Qanunun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasəti sosial və hüquqi müdafiənin təmin edilməsi, əməkhaqqının minimum səviyyədən az olmayan dolanacağa təminat verilməsi, fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması, yaşayış sahəsi ilə təminat, hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi, əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması, veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsi kimi əsaslar üzərində qurulur.Lakin qanunda qeyd edilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsi də dəqiqləşdirilmişdir. Belə ki, müharibə veteranlarına və Silahlı Qüvvələrin veteranlarına şamil edilən güzəştlərin heç də hamısı əmək veteranlarına şamil edilmir.Adıçəkilən Qanuna əsasən, əmək veteranları pensiyasını almaqla yanaşı, əvvəllər işlədikləri müəssisədə, yaxud mülkiyyət formasından asılı olmayaraq hər hansı başqa bir müəssisədə əmək fəaliyyətini davam etdirə bilərlər.Bu kateqoriyadan olan veteranlar qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq birliklərinə daxil olmaq sahəsində də üstünlüklərə malikdirlər.Qanunun 16-cı maddəsinə əsasən, veteranlara geriatriya yardımı da göstərilir. Belə ki, yerli icra hakimiyyəti orqanları daimi qulluğa ehtiyacı olan xroniki xəstələr üçün geriatriya kabinetləri, pansionatları, xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirirlər.Veteranlara \ Sosial xidmət haqqında\ qanuna uyğun olaraq sosial xidmət göstərilir. Onların sosial müdafiəsi tədbirlərini Azərbaycan Respublikası Nazirlər Kabineti planlaşdırır. Bu qəbildən olan sosial müdafiə proqramları respublika büdcə vəsaitinin, Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Dövlət büdcəsindən həm də veteranların respublika təşkilatlarına vəsait ayrılır.\ Veteranlar haqqında\ qanuna əsasən, veteranlar vəfat edəndə əvvəl işlədiyi əmək kollektivləri onların qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş veteran tənha olarsa, onun dəfnini yerli icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirirlər.Qanunda müəyyən edilmiq güzəştlərlə bərabər, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən, həmin təşkilatlarda mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən də istifadə edə bilərlər.Nəzərinizə çatdırırıq ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.İş yerində istehsalat qəzası nəticəsində əmək xəsarəti almışam. Bu səbəbdən də mənə I qrup əlillik təyin olunub. Yaxın bir dostum da iş yerində xəsarət aldığı üçün ona I qrup əlillik təyin olunub. Həmçinin bilirəm ki, ona əlilliyinə görə avtomobil verilib. Mən də o avtomobildən ala bilərəmmi? Bunun üçün hara müraciət etməliyəm? Tibbi sənədim var. Başqa hansı sənədi təqdim etmək lazımdır?Hüseyn TAĞIYEV,Bakı şəhəri.- Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 1993-cü il, 433 saylı qərarı ilə \ Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında\ Təlimat təsdiq edilmişdir.Adıçəkilən Təlimatın 15-ci hissəsində deyilir: \ Motorlu araba və avtomobillər tibbi göstəriş olduğu hallarda aşağıda qeyd edilən əlillərə pulsuz verilir:Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərə (növbədənkənar);1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı əlil olmuş şəxslərə;Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərə;II Dünya müharibəsi əlillərinə və onlara bərabər tutulanlara\ .Göründüyü kimi, əmək əlillərinə pulsuz avtomobillərin verilməsi nəzərdə tutulmamışdır. Lakin yuxarıda qeyd etdiyiniz Təlimatın 5-ci hissəsinə əsasən, xüsusi avtomobil nəqliyyatı almağa hüquq verən, tibbi göstərişi olan və onu idarə etməyə əks göstərişi olmayan əmək əlillərinə minik avtomobili dəyərinin 100 faizini əlillik aldığı müəssisənin hesabına ödənilməklə verilə bilər.Ərizənizə əlavə etdiyiniz sənədlərdə Sizə xüsusi nəqliyyat vasitəsi almaq üçün əsas verən Tibbi Sosial Ekspert Komissiyasının tibbi göstərişi yoxdur. Həmin Komissiyanın arayışı ilə əmək qabiliyyətinin 100 faizi itirildiyi üçün I qrup əmək əlili olmanız müəyyənləşdirilmişdir. Bu arayış xüsusi avtomobil almaq üçün tibbi göstəriş deyildir.Nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz tibbi göstəriş Sizə verilibsə və avtomobili idarə etməyə əks göstərişiniz yoxdursa, onda əmək zədəsi aldığınız müəssisəyə müraciət etməyiniz tövsiyə olunur.Mən dövlət müəssisələrinin birində müdir müavini vəzifəsində çalışıram. Özüm də ürək xəstəsiyəm. Bu səbəblə də işə il ərzində 3-4 dəfə əmək qabiliyyəti olmama vərəqəsi təqdim etmişəm. İndi məzuniyyətə çıxmaq istəyirəm. Mühasibatlıqdan, həmçinin kadrlardan mənə bildirilib ki, məzuniyyət pulu hesablanarkən əmək qabiliyyəti olmama vərəqəsi təqdim etdiyim dövr üçün mənə əməkhaqqı hesablanmayacaq. Səbəb kimi mənim artıq o müddətə görə pul aldığımı bildirdilər.Mənə maraqlıdır, bu, həqiqətən də belə olmalıdır? Həmin müddətə görə pul alıb-almamaq məsələsi hansı qanunvericiliklə tənzimlənir, harda öz əksini tapır? Rəna ƏLİZADƏ, Abşeron rayonu. - Sizi maraqlandıran məzuniyyət vaxtı üçün əməkhaqqının ödənilməsi qaydalarıdır ki, bu da Əmək Məcəlləsi və Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş \ Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı\ ilə nizamlanır.ƏM-in 139-cu maddəsində deyilir ki, məzuniyyət vaxtı üçün ödənilən, orta əməkhaqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, əməkhaqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.Qanunvericilik əməkhaqqı anlayışını belə izah edir:Əməkhaqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.Qeyd edilən ödənclərin tam siyahısı isə yuxarıda qeyd edilən NK tərəfindən təsdiq edilmiş geniş Siyahıda \ nəzərə alınan ödənişlər\ və \ nəzərə alınmayan ödənişlər\ kimi göstərilmişdir.Siyahının \ nəzərə alınan ödənişlər\ hissəsində \ əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuşa görə müavinətlər\ adlanan bənd də yer almışdır.Bütün qeyd olunanlara əsasən bildiririk ki, mühasibatlıqdan və kadrlar şöbəsindən Sizə \ əmək qabiliyyəti olmama vərəqəsi təqdim etdiyiniz dövr üçün əməkhaqqı hesablanmayacaq, o müddətə görə pul almısınız\ deyilməsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün düzgün deyil. Belə ki, \ Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə\ nin 62-ci bəndinə uyğun olaraq əmək qabiliyyətinin itirilməsi hallarında qazancın faizi miqdarında müavinət hesablanıb verilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən, qeyd olunan müavinətin miqdarı da ƏM-in 177-ci maddəsinə uyğun olaraq hesablanır. Maddəyə əsasən, orta əməkhaqqı - işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin ƏM-də və digər normativ- hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.Sorğuları şərh etdi: AHİK-in Hüquq Şöbəsi