Advokat


Baxıldı : 577

Tarix : 2015-02-21 04:45:00


Dövlət qulluqçusu kimi stajımın 1 il olmasına az qalıb. Bilirəm ki, dövlət qulluğunda qulluq illərinə görə əməkhaqqına əlavələr edilir. Mənim əməkhaqqıma əlavə nə miqdarda hesablanacaq? Ümumiyyətlə, dövlət qulluğunda qulluq illərinə görə əlavələrin miqdarını bilmək istəyirəm.Soltan ƏMİROV,Şəki şəhəri.- Sizi maraqlandıran sual \ Dövlət orqanlarında dövlət qulluqçusuna qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları\ ilə tənzimlənir. Bu Qaydalar dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir.Qulluq stajına görə əlavə haqqın məbləği dövlət qulluqçusunun aylıq vəzifə maaşına uyğun olaraq hesablanır. Qaydalara əsasən, bu hesablama dövlət qulluqçusunun maaşına nisbətdə faizlə müəyyən edilir və hər ay alınan maaşla birlikdə verilir.Sualınızdan məlum olur ki, dövlət qulluğunda qulluq stajınız 2 ilə çatmayıb. Qulluq stajınız 2 il olduqdan sonra dövlət qulluğunda xidmətə görə aylıq vəzifə maaşınıza əlavə haqq hesablanacaqdır.Çünki Qaydaların 4-cü bəndində deyilir ki, dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq hər ay əlavə haqq ödənilir. Ödənilən bu əlavə haqqın qulluq stajından və vəzifə maaşından asılılığı isə həmin maddəyə əsasən aşağıda qeyd edilən kimidir:Qulluq stajı 1 ildən 5 ilədək olduqda aylıq vəzifə maaşına əlavə haqq aylıq vəzifə maaşının 5 faizi, 5 ildən 10 ilədək 10 faizi, 10 ildən 15 ilədək 20 faizi, 15 ildən yuxarı isə 30 faizi olmaqla ödənilir.Qulluq stajınızın hesablanması qulluq etdiyiniz dövlət orqanı tərəfindən aparılacaqdır. Qulluq stajının hesablanması zamanı hansı dövrün dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı olduğu da qanunvericiliklə tənzimlənir.Əmək funksiyasının icrasından azad edilib həmkarlar ittifaqı orqanına seçilmiş işçilər üçün təminatlar haqqında məlumat verməyinizi xahiş edirəm.Selcan NƏCƏFOVA,Bakı şəhəri.-Həmkarlar ittifaqı orqanlarında seçkili vəzifələrə seçildiyinə görə əmək funksiyasının icrasından azad edilmiş həmkarlar ittifaqı üzvlərinin seçkili səlahiyyətləri başa çatdıqdan sonra onlara əvvəlki işi (vəzifəsi) verilir, bu mümkün olmadıqda isə həmin müəssisədə və ya işçinin razılığı ilə başqa müəssisədə buna bərabər iş (vəzifə) verilir.Müvafiq iş (vəzifə) vermək mümkün olmadıqda isə həmkarlar ittifaqı işçinin işə düzələcəyi dövr üçün, lakin altı aydan artıq olmayan müddətdə onun orta əməkhaqqını saxlayır.Müəssisədə əmək funksiyasının icrasından azad edilərək həmkarlar ittifaqına seçilmiş işçilərə həmin müəssisənin digər işçiləri üçün müəyyən edilmiş güzəştlər bərabər əsaslarla şamil olunur (Həmkarlar ittifaqları haqqında” qanun, maddə 22).Qəzetinizin nömrələrindən birində həmkarlar ittifaqı fəallarının təminatları haqqında sualın cavabını oxudum. Məni başqa bir sual maraqlandırdı. Həmkarlar ittifaqları üzvlərinin hamısı heç də \ fəal üzv\ deyil. Bəs həmkarlar ittifaqları üzvlərinin də təminatları varmı? Varsa, hansı qanunlarla tənzimlənir? Nigar BƏDƏLOVA,Sumqayıt şəhəri.- Həmkarlar ittifaqları üzvlərinin təminatları həm \ Həmkarlar ittifaqları haqqında\ qanunda, həm də Əmək Məcəlləsində qeyd edilmişdir.Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini həmkarlar ittifaqları qoruyur, müdafiə edir, həmkarlar ittifaqlarının üzvü olmayan işçilər isə özləri müstəqil olaraq öz hüquqlarını qoruyurlar. Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndə kimi iştirak etməklə bu vəzifəni yerinə yetirə bilərlər (Həmkarlar ittifaqları haqqında” qanun, maddə 11, 12 ).- Həmkarlar ittifaqı üzvlərinin təminatlarından biri də bu təşkilatın öz üzvlərinə hüquqi yardım xidmətlərinin müstəqil şəkildə təşkil etməsidir.- Qanunun 18-ci maddəsində qeyd edilir ki, həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasında fərdi əmək mübahisələrini öz səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrinə) baxılmasında iştirak edirlər.- Həmkarlar ittifaının üzvü olan işçilərlə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinə aşağıda göstərilən hallarda yalnız müəssisə həmkarlar ittifaqları ilə qabaqcadan razılaşdırma aparılmaqla yol verilir:- işçilərin sayı və ya ştatları ixtisar edildikdə;- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (Əmək Məcəlləsi, maddə 80).Mən və həyat yoldaşım təqaüd alırıq, 0.12 sot həyətyanı torpaq sahəm və evim var. Bir oğlum mənə məxsus olan evimin alt (1-ci) mərtəbəsində yaşayır, himayəsində 3 azyaşlı uşağı və həyat yoldaşı var, yoldaşı işləmir, azyaşlı uşaqlara baxır.Oğlum özü işləyir və 120 manat aylıq əməkhaqqı alır. Oğlumun həyətyanı torpaq sahəsi, evi və yardımçı təsərrüfatı yoxdur, onun mətbəxi bizdən ayrıdır. Torpaq islahatı ilə əlaqədar olaraq ailəmə 0.15 sot əkin, 0.17 sot biçənək sahəsi verilmişdir. Həmin sahələr 3-cü dərəcədir və yaşadığımız ərazidən tamamilə uzaq bir sahədədir (çöl torpaq sahəsi).Oğluma ünvanlı sosial yardım hesablanarkən mənim və yoldaşımın təqaüdü, mənə məxsus təsərrüfatdan gələn gəliri oğlumun gəlirinə daxil edilməlidirmi? Və yaxud onun gəliri necə hesablanmalıdır?Əbdüləli MANAFOV,Siyəzən rayonu.- Respublikamızda əhaliyə dövlət sosial yardımının göstərilməsinin məqsədi, prinsipləri bu yardımın göstərilməsinin hüquqi əsasları, eləcə də bu sahədə yaranan digər münasibətlər \ Ünvanlı dövlət sosial yardımı haqqında\ qanunla tənzimlənir.Orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından aşağı olan aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı almaq hüququna malikdirlər. \ Onlardan asılı olmayan səbəblər\ ifadəsinə ailə üzvlərinin əmək qabiliyyətsiz olması, əmək qabiliyyətli ailə üzvünün işsiz kimi qeydiyyata alınması, məhkəmə tərəfindən itkin düşmüş və ya ölmüş elan edilməsi, azadlıqdan məhrum edilməsi kimi hallar daxildir.Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün hər il təsdiq edilən bir həddir. 2015-ci il üçün ehtiyac meyarı 105 manat həcmində müəyyən edilmişdir.Ailə üzvlərinin orta aylıq gəlirləri, yəni ailənin, gəlirinin orta aylıq göstəricisi hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab olunur. Belə ailənin hər bir üzvünə dövlət tərəfindən pul yardımı göstərilir, onlara dövlət sosial yardımı verilir.Məktubunuzda qeyd edirsiniz ki, oğlunuzla eyni evdə yaşayırsınız, deməli, ümumi ev təsərrüfatına maliksiniz. Siz və həyat yoldaşınız təqaüd alırsınız, oğlunuz 120 manat əməkhaqqı alır. Həyətyanı torpaq sahəsindən, mülkiyyətdən də hansısa bir gəlir əldə edilirsə, bunların hamısı ailənin ümumi gəlirinə hesablanır.\ Ünvanlı dövlət sosial yardımı haqqında\ qanunun 1.0.2. maddəsinə əsasən: ailə-qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir.Ailənin ümumi gəliri isə həmin Qanunun 1.0.3. maddəsinə uyğun olaraq ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərin, pensiya və müavinətlərin və sairlərin toplusudur. Sosial yardım təyin edən orqanın nümayəndələri tərəfindən qanunda qeyd olunan bütün göstəricilər əsas tutulmaqla ailənin orta aylıq gəliri hesablanır. Qeyd edək ki, sosial yardım yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən yaradılmış komissiya tərfindən təyin edilir.Sonda nəzərinizə çatdırırıq ki, qeyd edilən yardımı almaq üçün rayon ƏSMM-ə müraciət etməyiniz məsləhət görülür. Adıçəkilən Qanundakı \ Ailə anlayışına\ və \ Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası\ na uyğun olaraq həmin təşkilat tərəfindən müraciətiniz təqdim etdiyiniz sənədlər əsasında araşdırılacaq və qanunvericiliyə uyğun nəticə çıxarılacaqdır. Sorğuları şərh etdi: AHİK-in Hüquq Şöbəsi