Advokat


Baxıldı : 546

Tarix : 2015-02-28 03:15:00


Oğlum İqtisadiyyat Universitetini bitirmişdir. Ədliyyə orqanlarında qulluq etmək istəyir. Bilmək istəyirəm, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə mənim oğlum işə qəbul oluna bilərmi?Nəsmiyyə DADAŞOVA,Bakı şəhəri.- Ədliyyə orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Ədliyyə orqanları işçilərinin qulluq keçməsi, ədliyyə orqanlarına qulluğa qəbul, işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi kimi məsələlər \ Ədliyyə orqanlarında qulluq keçmə haqqında\ qanunla tənzimlənir.Qanunun 4-cü maddəsinə əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən AR vətəndaşlarının ədliyyə orqanlarında qulluq etmək hüququ var.Oğlunuz İqtisadiyyat Universitetini bitirsə də, adıçəkilən Qanuna uyğun olaraq ədliyyə orqanlarında qulluğa qəbul olunmaq üçün Ədliyyə Nazirliyinə müəyyən edilmiş formada ərizə ilə müraciət edə bilər. Lakin qeyd edək ki, adıçəkilən Qanuna əsasən, xüsusi rütbələr fərdi qaydada, təhsili, qulluq müddəti, əmək stajı və qanunda nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir.Qanunun 21.2 maddəsinə əsasən, ali, böyük və orta xüsusi rütbələr bir qayda olaraq ali hüquq təhsili olan işçilərə verilir. Digər ali təhsili olan ədliyyə işçilərinə həmin xüsusi rütbələr tutduqları vəzifəyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının tədris-elm müəssisəsində hüquqi biliklərə yiyələndikdən sonra verilir. Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş ilk xüsusi rütbələr Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş proqram üzrə xüsusi kurslar, eləcə də tam orta və ya orta ixtisas təhsil müəssisələrini bitirmiş sıravi və kiçik rəis heyəti vəzifələrinə təyin edilən şəxslərə verilir.İlk dəfə ədliyyə orqanlarına daimi qulluğa qəbul edilənlərə ilk orta və böyük xüsusi rütbələri verilir.Xüsusi rütbənin verilməsi haqqında əmr imzalanır.Xüsusi rütbədə qulluq müddəti həmin əmrin imzalandığı gündən hesablanır.Xüsusi rütbədən asılı olaraq ədliyyə orqanları işçilərinin vəzifə maaşlarına əlavə haqq ödənilir. Bu əlavə haqq AR Prezidenti tərəfindən müəyyən edilmiş miqdarda ödənilir.14 yaşında olan nəvəm Mirzəməmmədova Selcan Söhrab qızı anadan olduğu gündən bu günə kimi heç bir hərəkət edə bilmir. Belə ki, yemək yeyə, yerindən qalxa, danışa bilmir və s. 14 ildir ki, uşağa anası xidmət edir. Ona görə də anası Mirzəməmmədova Şəhla Nəriman qızı işləmir.Uşağa xidmət göstərdiyi illərdə ana üçün iş stajı yazıla bilərmi və hansı imtiyazlar nəzərdə tutulur?Həmdulla MİRZƏMƏMMƏDOV,Quba rayonu, Mirzəməmməd kəndi.- \ Əmək pensiyaları haqqında\ qanunda yaşa görə əmək pensiyası təyin edilməsinin şərtləri göstərilmişdir. Əmək pensiyası almaq istəyən şəxs həm qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmalı, həm də nəzərdə tutulmuş sığorta stajına malik olmalıdır. Göstərilən hər iki şərt mövcud olarsa, onda şəxsin yaşa görə əmək pensiyası almaq hüququ yaranır.Qüvvədə olan qanunvericiliyə əsasən, bu hüquq qadınlarda 60 yaşına çatdıqda və azı 12 il sığorta stajına malik olduqda yaranır.Lakin adıçəkilən Qanunda çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası hüququnun əldə edilməsində bir sıra güzəştlər müəyyən edilmişdir.Əgər nəvəniz Mirzəməmmədova Selcan Söhrab qızı sağlamlıq imkanları məhdud uşaq hesab edilmişsə, onda uşağın anasına əmək pensiyası Qanunun 8.2 maddəsinə uyğun olaraq təyin edilməlidir.Burada deyilir: sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.Uşağın sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişsə, onda uşağın anası, mövcud qanunvericiliyə əsasən, 55 yaşına çatmalı və 10 il sığorta stajına malik olmalıdır, yəni 10 il məcburi dövlət sosial sığorta ödənilən fəaliyyətlə məşğul olmalıdır. Yalnız bundan sonra sağlamlıq imkanları məhdud uşağın anasının yaşa görə əmək pensiyası hüququ yaranmış olacaq.\ Əmək pensiyaları haqqında\ qanunun 21-ci maddəsi sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərini də müəyyən etmişdir. 21.2.4 maddəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun müəyyən etdiyi qaydada hesablanan I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, ahıllara (70 yaşına çatmış şəxslərə) qulluq edilməsi müddəti də sığorta stajına daxil edilir. Qeyd edilən sığorta stajının hesablanması üçün \ Əmək pensiyaları haqqında\ qanuna əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları\ təsdiq edilmişdir. Qaydaların \ Sosial sığorta stajına daxil olan iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi\ hissəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada onları saxlamağa borclu olan valideynlərin, bunlar olmadıqda isə qulluq olunanın üzərində qanunvericiliklə müəyyən olunmuş qaydada təyin edilmiş qəyyumların (himayəçilərin) sığorta stajına o halda daxil edilir ki, bu barədə tərtib edilmiş müayinə aktı olsun. Qulluq dövrü-1) Qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı;2) Sağlamlıq imkanları məhdudluğunu müəyyən edən sənədlər əsasında müəyyən edilir.Qeyd edilən müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və DSMF-nin şəhər (rayon) şöbələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur. İşləməyən, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan qadınlar üçün \ Əmək pensiyaları haqqında\ qanunda nəzərdə tutulan güzəştlərdən başqa, qüvvədə olan qanunvericilikdə güzəştlər müəyyən edilməmişdir.Sorğuları şərh etdi: AHİK-in Hüquq Şöbəsi