Afrika Sənayeləşmə Günü ərəfəsində


Baxıldı : 139

Tarix : 2015-11-27 06:21:00


Qaçaqmalçılığın kökünün kəsilməsi və yerli sənayenin enerji resurslarına olan ehtiyacının ödənilməsi - nigeriyalı həmkarlar ittifaqlarının bu günə olan ən vacib vəzifələridir. Onların fikrincə, hökumət bu məsələlərin yerinə yetirilməsi üçün təcili tədbirlər görməlidir. Ölkədə yoxsulluqla mübarizə, iş yerlərinin yaradılması və sənayeləşmə prosesi aparılmalıdır.Afrika Sənayeləşmə Gününə həsr olunmuş silsilə tədbirlər dəyirmi masa keçirilməsi ilə başlamışdır. Dəyirmi masada Nigeriya həmkarlar ittifaqları sənaye, ticarət və investisiya, əmək və məşğulluq nazirliklərinin, gömrük xidmətinin, elektroenergetika komissiyasının nümayəndələrinə sahələrdə qarşılaşdıqları çətinliklər barədə məlumat vermişdilər.Nigeriyada sənaye sahələri inkişaf etmək əvəzinə tənəzzülə uğrayır. Vaxtilə 300 min insanın çalışdığı tikiş sənayesində hazırda iş yerlərinin sayı 30 minə qədər azalıb. Çin və digər ölkələrdən qanunsuz malların idxalı ölkənin toxuculuq və tikiş sənayesinə ciddi problemlər yaşadır.Yerli sənaye dağıdıcı təsirə məruz qalıb. Digər Afrika ölkələri kimi Nigeriya da zəngin xammal resurslarını xaricə sataraq hazır sənaye mallarını idxal edir. Emal gücünün çatışmazlığı ölkəni benzin kimi idxal olunan məhsullardan asılı vəziyyətdə qoyur. Elektrik enerjisinin mənbələri bahadır və orta hesabla məhsulların maya dəyərinin 40 faizini təşkil edir.Tədbirdə çıxış edən iştirakçılar bildirmişdilər ki, neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatının diversifikasiya və zavodların bərpa edilməsinə ehtiyac var.Dəyirmi masada ilk dəfə olaraq Qana və Cənubi Afrika ölkələrinin həmkarlar ittifaqları nümayəndələri də iştirak etmişdilər. Onlar nigeriyalı həmkarlarının səfərbərlik və proqramlarının həyata keçirilməsi sahəsində təcrübəsini öyrənmək üçün tədbirə qoşulmuşdular. Dəyirmi masadan sonra iştirakçılar Milli Assambleyaya doğru yürüş etmişdilər. Yürüşə \ NLC\ Milli Həmkarlar İttifaqı Mərkəzi və digər sahələrin həmkarlar ittifaqları işçiləri də qatılmışdılar.Elçin ZAKİRİ