Ağcaqanadları qovan telefon hazırlandı


Baxıldı : 72

Tarix : 2017-09-29 23:40:00


Cənubi Koreyanın "LG" şirkəti dünyada ağcaqanadlardan müdafiə texnologiyasına ("Mosquito Away") malik ilk smartfon təqdim edib. "LG K7i" adlandırılmış yeni qurğu öz sahibini zəhlətökən mığmığalardan qorumaq qabiliyyətinə malikdir.

"Mosquito Away" texnologiyasının mahiyyəti ondan ibarətdir ki, xüsusi dinamik 30 KHs-dən yuxarı tezlikdə ultrasəs dalğaları yaradır. İnsan bu səsləri eşitməsə də, amma ağcaqanadlar bu səsə tab gətirmirlər.

Azər MUSTAFAYEV