Ağıla sığmayan vəhşilik


Baxıldı : 52

Tarix : 2019-03-04 04:40:43


Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 27-ci ildönümü Gəncə Dövlət Universitetinin (GDU) kollektivi tərəfindən dərin kədər və hüznlə anılıb.

Tədbirdən əvvəl foyedə sərgilənən və Xocalı dəhşətlərini əks etdirən rəsm əsərlərinə baxış olub.

Sonra Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi yad edilib, faciəyə həsr olunan videoçarx göstərilib.

Tədbirdə çıxış edən GDU-nun rektoru, professor Yusif Yusibov  bildirib ki, tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilər tərəfindən soyqırıma məruz qalıb. 1992-ci ilin o müdhiş fevral gecəsində Ermənistan silahlı birləşmələri Sovet ittifaqı ordusunun 366-cı alayının köməyi ilə Xocalı sakinlərinə qarşı soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı tarixə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi yazıldı.

Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq qan yaddaşıdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər tezliklə ədalət məhkəməsi qarşısına çıxarılacaq, öz cinayətlərinə görə cavab verməli olacaqlar.

Sonda universitet tələbələrinin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edildi.