Ağır atletlər üç medal qazanıblar


Baxıldı : 200

Tarix : 2017-12-27 19:16:40


Dekabrın 23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turniri keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından 1997-ci il və daha kiçik təvəllüdlü yeniyetmə və gənc ağır atletlər iştirak ediblər.

Turnirin mükafatçıları sırasında "Spartak" Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin  yetirmələri də var.

85 kq. çəki dərəcəsində çıxış edən Sənan Mirzəyev toplam 270 kq. ( 125+145) nəticə ilə bütün rəqiblərini üstələyib. Onun həmkarı Həmid Qocayev isə 245 kq. (115+130)  nəticə ilə üçüncü yerə sahib olub.    

69 kq. çəki dərəcəsində çıxış edən Elvin Ağayev isə 201 kq. (96+105) nəticə ilə ikinci yerə çıxıb. Ağır atletlərimiz yarışa məşqçi-müəllim Xanlar Nəbiyevin rəhbərliyi altında hazırlaşıblar.

Azər MUSTAFAYEV