AHIK-in 5-ci qurultayına


Baxıldı : 193

Tarix : 2018-02-03 23:30:19


Hörmətli qardaşım,

“Qardaş” sözünün ən gözəl mənasının işləndiyi başqa bir ölkə varmı, bilmirəm?

Ulu öndər Mustafa Kamal Atatürkün də dediyi kimi “ Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Biz bunu hər zaman belə bildik, azərbaycanlı qardaşlarımızı özümüzdən ayırmadıq, sevincinə sevindik, kədərinə üzüldük. Türkiyə və Azərbaycan əlaqələrinə hər zaman “bir millət iki dövlət” gözüylə baxdıq. Dar günümüzdə bir və bərabər olmağı bacardıq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası (Türk-İş) arasındakı əlaqələr də yuxarıda sadaladığım ənənələrə əsaslanır. İki qardaş həmkarlkar ittifaqı təşkilatı bütün sahələrdə əməkdaşlığını gücləndirir və davam etdirir.  “Türk-İş” beynəlxalq arenada Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Xocalı soyqırımının tanıdılması və xarici ölkələrdə Azərbaycan diasporunun daha da güclənməsi məqsədilə öz səyini əsirgəməyəcəkdir.

Ortaq dəyərlərə, tarixə, mədəniyyətə, dinə, dilə və coğrafiyaya malik bu qardaşlıq əlaqələri günü-gündən möhkəmlənir.

Fevralın 5-də keçiriləcək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının qardaş ölkənin bütün işçi qüvvəsi üçün xeyirli olacağına təmənna edirəm.

Hörmətli Səttar Möhbalıyevə və Konfederasiyanızın idarə heyətinə uğurlar arzulayıram.

Ərgün Atalay,

Türk-İş Genel Başkanı