AHIK-in 5-ci qurultayına- PARŞ


Baxıldı : 85

Tarix : 2018-02-09 06:47:11


“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) apardığı uğurlu sosial siyasət sayəsində böyük nüfuz, beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı səmərəli fəaliyyətinə görə yüksək etimad qazanmışdır. AHİK PARŞ-ın (Pan Avropa Regional Şurasının)  üzv təşkilatlarından biridir. AHİK  PARŞ-ın keçirdiyi bütün tədbirlərdə, beynəlxalq müzakirələrdə və proseslərdə fəal iştirak edir.  Bu tədbirlər üzv təşkilatların beynəlxalq təcrübəni bölüşməsi və tətbiq etməsi baxımından mühüm əhəmiyyət daşıyır. PARŞ-ın dəstəyi ilə son illərdə Bakıda mühüm konfranslar və seminarlar keçirilib ki, burada müxtəlif məsələlər müzakirə olunub, o cümlədən miqrasiya, gənclərin məşğulluğu, əməyin mühafizəsi və təhlükəsizliyi, gender bərabərliyi, həmkarlar ittifaqına yeni üzvlərin cəlb olunması, qeyri-formal iqtisadiyyat və sairə”.

Anton Leppik,

PARŞ-ın icraçı katibi