AHIK-in 5-ci qurultayına-Yunanıstan


Baxıldı : 136

Tarix : 2018-02-09 06:50:16


Hörmətli Səttar Möhbalıyev!

Hörmətli qurultay iştirakçıları!

İlk növbədə Ümumyunan Əmək Konfederasiyası (GSEE) və Yunanıstan işçiləri adından AHIK-in V qurultayının keçirilməsi münasibətilə sizi təbrik edir, ən səmimi hisslərimizi çatdırıram. Ümid edirəm ki, qurultay  müvəffəqiyyətli və məhsuldar olacaq, Azərbaycanda və ümumiyyətlə, bütün dünyada həmkarlar ittifaqı hərəkatının üzləşdiyi çoxsaylı problemlərə toxunacaq və həlli yollarını müzakirə edəcəkdir.

Hörmətli sədr!

Şadam ki, xalqlarımız və həmkarlar ittifaqlarımız arasında davam edən səmərəli əməkdaşlıq, ikitərəfli əlaqələrin güclü ənənələri bir neçə il bundan əvvəl başlayan şəxsi dostluğumuz sayəsində möhkəmlənir. Afinada və ya Bakıda keçirilən bütün görüşlər qarşılıqlı hörmət anlayışına və qardaşlıq ənənələrinə söykənir.

İnanıram ki, qurultayın müzakirələri və qətnamələri xüsusilə bu gün dünya miqyasında işçilərin qlobal iqtisadi böhranın və texnoloji dəyişikliklərin acınacaqlı nəticələri ilə qarşılaşdığı hallarda da Sizin həmkarlar ittifaqının fəaliyyətinin və mübarizəsinin möhkəmlənməsinə, ölkənizin bütün çalışan insanlarının maraqlarını müdafiə etməsinə kömək edəcəkdir.

Bir daha qurultaynıza uğurlar arzulayıram.

 

Yannis Panagopoulos,

Ümumyunan Əmək Konfederasiyasının

(GSEE) prezidenti