AHİK-in İcraiyyə Komitəsində II Məclisin növbəti iclasının vaxtı müəyən edildi


Baxıldı : 300

Tarix : 2019-06-24 06:56:51


İyunun 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib. AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin sədrliyi ilə baş tutan tədbirdə AHİK-in II Məclisinin çağırılması haqqında qərar qəbul olunub. Qərarda bildirilir: “AHİK-in Nizamnaməsinə uyğun olaraq 05 iyul 2019-cu il tarixdə saat 1200-da AHİK-in II Məclisinin növbəti iclası AHİK-in böyük zalında çağırılsın”. Məclisdə təşkilati məsələyə baxılacaq, müasir dövrdə həmkarlar ittifaqlarına yeni üzvlərin cəlbində motivasiyanın rolu, beynəlxalq təcrübə və Azərbaycan həmkarlar ittifaqlarının vəzifələri ətrafında müzakirələr aparılacaq, müvafiq qərar qəbul ediləcək.

Sonra 2018-2019-cu illər üçün tərəfdaşlarla bağlanmış Baş Kollektiv Sazişin (BKS) icrasına dair aralıq məlumat dinlənildi. Məlumatda deyildi ki, BKS-da əksini tapan əmək, əmək münasibətləri, əmək bazarının inkişafı, əhalinin məşğulluğu, gəlirləri, əməkhaqqı, təhlükəsizlik, əməyin mühafizəsi, işçilərin sosial təminatları, əmək hüquqlarının müdafiəsi məsələlərinin həlli istiqamətində atılan addımlar tərəflərin maraqlarına cavab verir və onların yerinə yetirilməsi ölkənin sosial stabilliyinin qorunmasında əhəmiyyətli amillərdir.

2018-ci il ərzində Sazişin icrasının təhlili göstərir ki, ölkədə həyata keçirilən sosial siyasət və tərəflərin birgə fəaliyyəti dinamik iqtisadi inkişafa şərait yaratmışdır.

İcraiyyə Komitəsi AHİK-in müvafiq şöbələrinə və üzv təşkilatlara tapşırdı ki, BKS-in müddəalarının icrası üzrə nəzarəti davam etdirsin. BKS-in icrasının gedişi haqqında məlumat Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyaya təqdim olunsun.

Növbəti məsələ “2018-ci ildə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında “AHİK-in İK-in 21.08.2015-ci il tarixli qərarının icrası barədə” adlanırdı.

İcraiyyə Komitəsinə məlumat verildi ki, bu qərarın icrası ilə əlaqədar sahə HİRK-ləri öz baxış-komissiyalarını yaratmış, ilk təşkilatlardan daxil olan sənədlər bu komissiyalar tərəfindən nəzərdən keçirilərək müzakirə olunmuşdur.

Belə ki, 22 sahə həmkarlar ittifaqı orqanından 56 gənc işçinin sənədləri AHİK-ə təqdim edilmiş, onların fəaliyyət və bacarıqlarını əks etdirən məlumatlar təhlil edilərək ümumiləşdirilmiş və təqdimat hazırlanmışdır.

İcraiyyə Komitəsi təqdim olunmuş fər

qlənən gənclərin siyahısını təsdiq etdi. Qərara alındı ki, həmin gənclərə AHİK-in Fəxri Diplomu, Döş nişanı və vəsiqəsi təqdim olunsun. “Azərbaycan həmkarlar ittifaqlarının 2018-ci il üzrə gender statistikası haqqında”, “Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2018-ci ilin yekunları üzrə fəaliyyəti və statistik hesabları haqqında” məsələlər də İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıldı. Bu məsələlərlə bağlı qərarlar qəbul olundu. Üzv təşkilatlara tövsiyələr edildi.