AHİK-in V qurultayına


Baxıldı : 247

Tarix : 2018-02-05 05:43:13


Latviya Azad Həmkarlar İttifaqları Birliyinin əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin maraqlarını qorumaq, onların sosial və iqtisadi məsələlər ilə bağlı hüquqlarını müdafiə etməkdir.  Əsas prinsipi həmrəylikdir,  bütün həmkarlar ittifaqlarının birgə və əlaqəli fəaliyyətinin təmin olunmasıdır. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə təməli möhkəm və səmimi əlaqələrimiz var. Ən əhəmiyyətlisi bizim bir-birimizi anlamağımız və qarşılıqlı əməkdaşlığımızdır. Çünki normal insani münasibətlər yaxşı işin başlanğıcı, gələcək uğurların açarıdır.  Həmkarlar ittifaqları arasında olan dostluq əlaqələri xalqların da mehribanlaşmasına təsir göstərir.

Mən AHİK-in fəaliyyətindən tam razıyam. Beynəlxalq tədbirlərdə iştirak zamanı bizim görüşlərimiz olub, müzakirələr aparmışıq, təcrübələrimizi bölüşmüşük. Yeniliklər barədə bir-birimizi məlumatlandırmışıq.

Sizin həmkarlar ittifaqı hərəkatından fərqli olaraq deyərdim ki, bizim vəziyyətimiz bir qədər fərqlidir, çətinliklərimiz var.  Amma bütün bunlara baxmayaraq, biz də çalışırıq. Müəyyən məsələləri təhlil edirik və ola bilsin ki, bu, gələcəkdə hər iki tərəf üçün əhəmiyyətli olsun.

Bu çətin bir zamanda həmkarlar ittifaqının üzərinə çox böyük məsuliyyətli iş düşür. İnsanların əsas gözləntisi müsbət dəyişikliyin baş verməsidir. Deyərdim ki, bütün bunların öhdəsindən gəlmək həmkarlar ittifaqının işinin mənasıdır.

AHİK  daha da irəli getməli, təşkilati baxımından müəyyən işlər görülməlidir. Hökumət və işəgötürənlər  ilə sıx əməkdaşlıq qurulmalıdır.

Biz Səttar Möhbalıyevi yaxşı tanıyırıq və onu dəstəkləyirik. Güclü liderdir, nüfuzu böyükdür. Onun rəhbərliyi altında bütün heyətə uğurlar arzulayıram.

Eqils BALDZENS,

Latviya Azad Həmkarlar

İttifaqları Birliyinin sədri