AHİK-in V qurultayına-Gürcüstan


Baxıldı : 81

Tarix : 2018-02-08 12:08:00


Gürcüstan Həmkarlar İttifaqları Birliyi (GHİB) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayını alqışlayır və uğurlar arzulayır. Ümid edirik ki, qurultayada qəbul olunmuş qərarlar və AHİK-in gələcək fəaliyyəti bizim sıralarımızı daha da artıracaq, regionun həmkarlar ittifaqı hərakatına, əmək insanlarının maraqlarının və hüquqlarının qorunması sahəsində əməkdaşlığımıza yeni ruh verəcəkdir.

Gürcüstan Həmkarlar İttifaqları Birliyi Azərbaycanda əmək standartlarının yaxşılaşdırılmasına yönəldilmiş iri addımları alqışlayır. O fakt da vurğulanmalıdır ki, AHİK layiqli əmək haqqında BƏT-in Konsepsiyasının milli proqrama daxil edilməsinə nail olmuşdur. Konsepsiyada məqsəd 2020-ci ilə kimi minimum əməkhaqqını orta əməkhaqqı səviyyəsinin 60 %-nə, 2025-ci ilə qədər isə minimum əməkhaqqını yaşayış minimumu səviyyəsinə çatdırmaqdır.

Gürcüstan həmkarlar ittifaqları azərbaycanlı qardaş və bacılarına müvəffəqiyyətlər arzulayır.

Hörmətli Səttar müəllim, şəxsən Sizinlə mənim şəxsi dostluğumuz təşkilatlarımız arasında əməkdaşlığın get-gedə daha da möhkəmlənəcəyinə dəyərli stimul olacaq.

İrakli Petriaşvili,

PARŞ-ın prezidenti, GHİB-in sədri