AHİK-in V qurultayına- Ukrayna


Baxıldı : 105

Tarix : 2018-02-08 12:01:16


Ukrayna Həmkarlar İttifaqları Federasiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayının iştirakçılarını, onun üzv təşkilatlarını və bütün üzvlərini ölkə tarixində mühüm hadisə münasibətilə ürəkdən təbrik edir.

Ukrayna və Azərbaycanı demokratik dəyərlərə və prinsiplərə sadiqlik, azadlığın qorunmasına çalışmaq kimi ülvi hisslər birləşdirir. Hər iki xalq oxşar tarixə malikdir. Bizim ölkələri xalqlarımız arasında olan çoxəsrlik tarixə malik mədəni və elmi əlaqələrə əsaslanan dostluq münasibətləri birləşdirir.  Təsadüfi deyil ki, Bakıda Taras Şevçenkonun heykəli var. Eləcə də Kiyevdə Hedər Əliyevin adını daşıyan park var ki, oranı Azərbaycanın balaca bir guşəsi də adlandırırlar.

Bu bizim xalqlarımız arasında qarşılıqlı anlaşmaya əsaslanan yaxın inkişafı təşviq edir və ikitərəfli əməkdaşlıq üçün möhkəm təməl yaradır.

Məlumdur ki, bu gün Azərbaycan Qafqazın ən stabil dinamik inkişaf edən ölkəsidir. Bir çox hallarda bu, həmkarlar ittifaqlarının xidmətidir, hansı ki, iqtisadi inkişafı, əhalinin rifahının artımını və cəmiyyətin konsolidasiyasını dəstəkləyir.

AHİK sosial-əmək əlaqələrinin tənzimlənməsində, vətəndaşların sosial  təminatı və ictimai sülhün qorunmasında etibarlı sosial tərəfdaşdır.

Şübhəsiz ki, qurultayınız bu çətin dövrdə əmək insanlarının maraq və hüquqlarının daha da güclü müdafiəsi üçün vacib qərarlar qəbul edəcək. AHİK həmrəyliyi möhkəmləndirərək ədalətin qorunması üçün ən yaxşı əlaqələri saxlayacaq və inkişaf etdirəcək.

Əziz qardaş və bacılar,  sizə səmərəli və uğurlu işlər, yeni hədəflər, möhkəm sağlamlıq, tərəqqi arzulayıram!

Əmin olun ki, Ukrayna Həmkarlar İttifaqları Federasiyası, dost tərəfdaş kimi, gələcəkdə də bizim ölkələrin həmkarlar ittifaqları arasında əməkdaşlığın güclənməsinə öz töhfəsini verəcəkdir.

Qriqoriy OSOVIY,

Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri