AHİK-in V qurultayında çıxışlar- BHİK


Baxıldı : 124

Tarix : 2018-02-09 21:49:16


Hörmətli qurultay iştirakçıları!

Mən sizi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası adından salamlayıram.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak etmək üçün Brazilyadan ölkənizə gəldiyimə görə çox şadam. Bu mənim sizin ölkənizə ilk səfərimdir, mən daha əvvəl burada olmamışam və sizin təşkilatınızı mübariz və həmrəylikdə görmək məni çox sevindirir və heyran edir. Ona görə də sizi bir daha təbrik edirəm!

Biz bu gün böyük dəyişikliklər zamanında yaşayırıq. İndi elə bir dövrdür ki, həmkarlar ittifaqları fəallarına və işçilərə qarşı böyük kapital sahiblərinin təzyiqləri davam edir. Bu isə bizim üçün böyük problemlər yaradır. 

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası bütün dünyada 180 milyon işçini təmsil edir. Biz yeni liberal hökumətlərə və kapitallara qarşı mübarizə aparmağa çalışırıq.

Bütün zamanların ən böyük problemi böyük qüvvələr tərəfindən başlanılan müharibələrin nəticəsində qaçqın və miqrantların artmasıdır. Bir qayda olaraq bundan ən çox zərər çəkən sadə insanlardır.

Həmçinin biz qadın və kişilərə bərabər əməkhaqqı verilməsi, irqçiliyin ləğvi, miqrant və qaçqınların hüquqlarının qorunması uğrunda mübarizəmizi ildən-ilə artırırıq!

Son olaraq, cənab sədr, mən Sizi belə möhtəşəm bir tədbiri təşkil etdiyiniz üçün səmimi, qəlbdən təbrik edirəm. Mən çıxışımın sonunda vurğulamaq istərdim ki, sülh bizim əsas məqsədimizdir. Çünki müharibələrdən ən çox təsirlənən, bir qayda olaraq, ölkələrin ən sadə insanları, işçiləri olur.

Mən sizi həm bütün dünyadan olan nümayəndələrin adından və həm də Brazilya işçilərinin adından təbrik edirəm. Bütün Azərbaycan işçilərini birliyə səsləyirəm, təbrik edir, bağrıma basıram!

 

Joao FELİSİO,

Beynəlxalq Həmkarlar İttifaqları

Konfederasiyasının prezidenti