AHİK-in V qurultayında çıxışlar- Əli YALÇIN,


Baxıldı : 183

Tarix : 2018-02-16 23:49:42


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri çox dəyərli Səttar bəy, hörmətli qonaqlar, qurultay iştirakçıları, Məmur-Sen və Türkiyə adından hamınızı salamlayıram.

Aranızda olmaqdan, bu qurultayda iştirak etməkdən qürur hissi keçirirəm. Azərbaycan bizim üçün özəl bir yer, gözəl bir yerdir. İki dövlət bir millət deyimini və qardaşlıq məfhumunu bizə bir daha hiss etdirən, qonaqpərvərliyi ilə seçilən azərbaycanlı həmkarlarıma təşəkkür edirəm. Sizin kədəriniz bizim kədərimiz, sevinciniz sevincimizdir. Az öncə çıxışlarda da bu deyildi. Türkiyə bu gün terrora qarşı mübarizə aparan bir ölkədir. Suriyada imperialist qüvvələri, Yaxın Şərqin coğrafiyasını dəyişmək planına uyğun olaraq, terror qruplaşmalarına ciddi dəstək verirlər. Himayədarları tərəfindən silahlanan yaraqlılar günahsız insanları qətlə yetirirlər. Türkiyə özünümüdafiə məqsədilə Afrində hərbi əməliyyatlara başlayıb. Bu regionda təhlükəsizliyi təmin etmək üçün əlindən gələni edir. Belə bir vaxtda Azərbaycanın, onun liderinin məzlumları dəstəkləməsi, onlara dayaq durması səbəbi ilə bizim sizə bir təşəkkür borcumuz var. ABŞ-ın Qüdsü İsrailə paytaxt elan etmək planına, ümumiyyətlə yaxın ətrafda cərəyan edən hadisələrə qarşı Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirirəm.

Qurultayın müvəffəqiyyətli keçməsini, seçiləcək yeni heyətə isə uğurlu fəaliyyət arzulayıram. Hər birinizi təbrik edirəm.

 

Əli YALÇIN,

“Məmur-Sen” Həmkarlar

İttifaqları Konfederasiyasının sədri