AHİK-in V qurultayında çıxışlar- Ərgün ATALAY,


Baxıldı : 119

Tarix : 2018-02-16 23:54:35


Dəyərli qardaşım Səttar bəy!

Burada sizinlə bərabər olmaqdan çox şadam. Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı münasibətilə təbrik edir, iştirakçıları sevgi və hörmətlə salamlayıram.

Əziz dostlar, “Qardaş” sözünün ən gözəl mənasının işləndiyi başqa bir ölkə varmı, bilmirəm?

Ulu öndər Mustafa Kamal Atatürkün də dediyi kimi, “ Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Biz bunu hər zaman belə bildik, azərbaycanlı qardaşlarımızı özümüzdən ayırmadıq, sevincinə sevindik, kədərinə üzüldük. Türkiyə və Azərbaycan əlaqələrinə hər zaman “bir millət iki dövlət” gözüylə baxdıq. Dar günümüzdə bir və bərabər olmağı bacardıq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası (Türk-İş) arasındakı əlaqələr də yuxarıda sadaladığım ənənələrə əsaslanır. İki qardaş həmkarlar ittifaqı təşkilatı bütün sahələrdə əməkdaşlığını gücləndirir və davam etdirir.  “Türk-İş” beynəlxalq arenada Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Xocalı soyqırımının tanıdılması və xarici ölkələrdə Azərbaycan diasporunun daha da güclənməsi məqsədilə öz səyini əsirgəməyəcəkdir.

Ortaq dəyərlərə, tarixə, mədəniyyətə, dinə, dilə və coğrafiyaya malik bu qardaşlıq əlaqələri gündən-günə möhkəmlənir.

Türkiyə 40 ildir terrorla mübarizə aparır. Bəzi ölkələr terror örgütlərinə dəstək olub,onlara 5000 yük maşını silah göndərir. Onlar da günahsız insanları öldürməyə davam edir. Keçən həftə “Türk-İş”in iki nəfər üzvü Suriya tərəfindən atılan raket nəticəsində şəhid oldu. Çörəyimizi, suyumuzu böldüyümüz  4 milyon suriyalı qonağımız var. 40 nəfər belə qəbul etməyən bəzi ölkələr haqsız danışmağa davam edir. Biz bir olub, çətin günlərimizdə, hər zamankı kimi, bir-birimizə dəstək olacağıq.

Hörmətli Səttar Möhbalıyevə və Konfederasiyanızın idarə heyətinə uğurlar arzulayıram.

Ərgün ATALAY,

“Türk-İş” Həmkarlar İttifaqları 

Konfederasiyasının sədri