AHİK-in V qurultayında çıxışlar- Gürcüstan


Baxıldı : 148

Tarix : 2018-02-09 21:10:11


Hörmətli qardaşım Səttar!

Əziz bacı və qardaşlar, dəyərli dostlar!

Gürcü həmkarlarınızın sizə səmimi salamlarını çatdırıram, işlərinizdə uğurlar arzulayıram. İcazə verin, bu gözəl Bakı şəhərinə gələn bütün qonaqları salamlayım, qonaqpərvərliyə və təşkilatçılığa görə öz minnətdarlığımı bildirim.

PARŞ-ın prezidenti və Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri kimi, həmkarlar ittifaqlarının tarixində mühüm rol oynayan bu əlamətdar tarixi günü xüsusilə qeyd etmək istərdim. Bu, həmkarlar ittifaqı təşkilatlarının vasitəsilə ictimaiyyətə yerli və qlobal problemlərin həllinin və idarə edilməsinin nümayiş olunduğu bir andır. Buna nail olmaq üçün isə yüksək ictimai mandat və insanların etimadı vacibdir. Bu şərəfi biz yalnız gələcək maksimal və adekvat müasir çağırışlarla qazana bilərik. Azərbaycan həmkarlar ittifaqları bu gün qlobal həmkarlar ittifaqları mərkəzlərinin avanqard tərkib hissəsidir. AHİK-in sədri, mənim hörmətli dostum Səttar Möhbalıyev beynəlxalq həmkarlar ittifaqı hərəkatında yüksək postlar tutur. O, 2014-cü ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib. Eləcə də 2015-ci ildən RARŞ-ın vitse-prezidentidir. Hesab edirəm ki, AHİK beynəlxalq sahədə fəaliyyətini sonrakı illər ərzində də uğurla davam etdirəcək. Ümid edirəm ki, Azərbaycan həmkarlar ittifaqları əməyin diskriminasiyası hallarına qarşı bundan sonra da fəal mübarizə aparacaqdır. Nəinki Azərbaycanda, eyni zamanda bütün regionda işçilərin hüquqlarının müdafiəsi üçün çalışacaqdır. Əlbəttə, müasir dövrümüzdə baş verən arzuolunmaz sosial-iqtisadi proseslərə qarşı daha aktiv mübarizə aparmaq üçün həmkarlar ittifaqları arasında əməkdaşlıq vacibdir. Bu mənada deyə bilərəm ki, Azərbaycan və Gürcüstan həmkarlar ittifaqları arasında illərdir mövcud olan dostluq əlaqələri  möhkəm həmrəyliyə xidmət edir və gələcəkdə də belə olacaqdır.

Çıxışımın sonunda qurultayın işinə müvəffəqiyyətlər arzulayıram.

 

İrakli PETRİAŞVİLİ,

Pan Avropa Regional

Şurasının prezidenti