AHİK-in V qurultayında çıxışlar-İsmayıl KONCUK


Baxıldı : 238

Tarix : 2018-02-16 23:45:54


Azərbaycan türkləri, hamınızı sevgi və hörmət ilə salamlayıram. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının işinə uğurlar arzulayıram, xalqınıza və ölkənizə xeyirli olacağına inanıram.

Burada olmaqdan qürur hissi keçirirəm, Bakı bizim üçün doğma şəhərdir, Ankaradan heç bir fərqi yoxdur.

Əslində problemlərimiz eynidir, fərqli deyil, sizin dərdiniz həm də bizim dərdimizdir, bu belə də olmalıdır. Biz buna ürəkdən inanırıq. Güclü Türkiyə güclü bir Azərbaycan, xöşbəxt bir türk dünyası deməkdir.

Bu, sivil toplumdur, təsir dairəsi yetərlidir. Həmkarlar ittifaqı dolayısı ilə xalqın özüdür, Azərbaycanın ən aydın insanlarının, ziyalılarının, bir millətin gələcəyinin, söz sahibi olan insanların toplandığı bir qurumdur. Ona görə də bu qurultayın işinin, qəbul olunacaq qərarların böyük əhəmiyyəti vardır. Həmkarlar ittifaqlarının hər zaman çətinliklərin öhdəsindən gələcəyini düşünürəm.

Biz səhər Azərbaycan Prezidenti ilə də görüşdük. Bu görüş mənə xoş təsir bağışladı. Cənab Prezident İlham Əliyevi təbrik edirəm. Türkiyənin Afrin savaşında bizə ən böyük dəstəyi verdi. Qardaşımız olduğunu bir daha təsdiq etdi. Ona görə demək istəyirəm ki, Dağlıq Qarabağ problemi bizim də əsas problemimizdir. Nə qədər ki, bu münaqişə həll olunmayıb, işğal olunmuş torpaqlar geri alınmayıb biz sizin mücadilənizin yanında olacağıq. Bu mübarizəmiz orada Azərbaycan bayrağı dalğalanana qədər davam edəcək.

Deyiləcək çox söz var, amma mən vaxtınızı almaq istəmirəm. Ona görə bu duyğularla V qurultayın işinə bir daha müvəffəqiyyətlər arzulayıram.

Səttar qardaşımı, seçiləcək yeni heyəti təbrik edirəm. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, sağ olun, var olun! 

İsmayıl KONCUK,

“Kamu-Sen” Həmkarlar İttifaqları

Konfederasiyasının sədri