AHİK-in V qurultayında çıxışlar- Mahmut ARSLAN,


Baxıldı : 167

Tarix : 2018-02-16 23:32:29


 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının çox dəyərli sədri, dostum Səttar bəy!

Sizi və qurultay nümayəndələrini,  bizimlə bərabər xaricdən dəvət olunan dəyərli qonaqları “Hak-İş” Həmkarlar İttifaqları Konfederasiyası adından sevgi və hörmətlə salamlayıram.

AHİK və “Hak-İş” arasındakı münasibətlərin tarixi uzun bir keçmişə dayanır. Hörmətli Səttar Möhbalıyev sədr olduğu vaxtdan etibarən bu ikili əlaqələr daha da möhkəmlənmişdir. Səttar bəyin AHİK-də və Azərbaycanda gerçəkləşdirdiyi saysız nailiyyətlərlə biz də qürur duyuruq. Xüsusilə  həmkarlar ittifaqı üzvü olan işçilərin hüquqlarının qorunması, işsizliyin azaldılması  mövzularında reallaşdırılan islahatları, görülən aramsız tədbirləri rəğbətlə qarşılayırıq. Buna görə də dəyərli dostum Səttar Möhbalıyevə və AHİK-in bütün kollektivinə  bir daha təşəkkürümü bildirirəm.

 Beynəlxalq arenada da “Hak-İş” Konfederasiyası ilə AHİK arasında əməkdaşlıq səmərəli şəkildə inkişaf edir. Əminəm ki, təşkilatlarımızın əlaqələri bundan sonra da müvəffəqiyyətlə davam edəcək. Türkiyə - Azərbaycan arasındakı tarixi və güclü əlaqələr həmkarlar ittifaqlarının qarşılıqlı münasibətlərinə də müsbət təsir etməkdədir. Ölkələrimiz yaxşı və pis gündə hər zaman bir-birinin yanında olmuşdur. Qardaş ölkənin müstəqilliyini tanıyan ilk dövlət də məhz Türkiyədir.

 Mən xüsusilə  Qarabağın işğalından sonra doğma torpaqlarından didərgin salınan  1 milyona yaxın  soydaşına qucaq açan, öz daxili vəsaiti hesabına onlara dəstək olub himayə edən  Azərbaycan xalqını bağrıma basıram. Xocalı soyqırımında şəhid olanlara Allahdan rəhmət diləyirəm. Azərbaycanın parçası olan Qarabağın işğaldan azad olunması  uğrunda mübarizədə də sizə dəstək verir və bunun üçün də əlimizdən gələni əsirgəməyəcəyimizi bildirirəm.

Dəyərli dostum Səttar bəyə və qurultay nümayədələrinə uğurlar arzulayır, səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.

Mahmut ARSLAN,

“Hak-İş” Həmkarlar İttifaqları

Konfederasiyasının sədri