AHİK-in V qurultayında çıxışlar-  Məmməd MUSAYEV,


Baxıldı : 205

Tarix : 2018-02-17 00:00:34


Hörmətli Səttar müəllim!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)  Təşkilatları Milli Konfederasiyası adından Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı münasibətilə səmimi qəlbdən təbrik edir, qurultayın işinə uğurlar arzulayıram.

Müstəqil Azərbaycanda sosial əmək münasibətlərinin inkişafı istiqamətində görülmüş işlər şəxsən Sizin və formalaşdırdığınız kollektivin yorulmaz əməyi, bilik və bacarığı, tükənməz enerjisi nəticəsində mümkün olmuşdur.

Azərbaycan Sahibkarlar Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının sosial dialoqun bərabərhüquqlu subyektləri kimi, ölkədə əmək münasibətlərinin tənzimlənməsi, əmək hüquqlarının qorunması,əməyin müdafiəsi, texniki, ekoloji təhlükəsizlik məsələləri və sair sahələrdə birgə əməkdaşlığı xüsusi qeyd olunmalıdır.

Azərbaycan dövlətçiliyinin inkişafındakı əməyiniz və üzvlərinizin sosial-iqtisadi hüquqlarının qorunması sahəsindəki xidmətləriniz ölkə rəhbərliyi və ictimaiyyət tərəfindən daim müsbət qiymətləndirilir.

Hörmətli Səttar müəllim!

Respublikamızın və xalqımızın xoş gələcəyi naminə Sizə və bütün kollektiv üzvlərinə şərəfli işinizdə uğurlar arzulayır, bir daha Sizləri bu əlamətdar gün - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı münasibətilə təbrik edirik.

 

 

 Məmməd MUSAYEV,

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti