AHİK-in V qurultayında çıxışlar- Mixail ŞMAKOV


Baxıldı : 94

Tarix : 2018-02-09 21:15:10


Hörmətli dostum, qardaşım Səttar Suliddin oğlu, hörmətli yoldaşlar!

İcazə verin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı münasibətilə Sizi təbrik edim və qurultayın işinə uğurlar arzulayım. Biz yaxşı bilirik, Siz əmək kollektivlərində işsizliyin azaldılması, əməkçilərin qanuni hüquq və mənafelərinin qorunmasında nə qədər böyük işlər görürsünüz və buna qonşunuz, qardaşlarınız olaraq sevinir və fəxr edirik. Mən həmişə qurultaylarınızda, bir çox tədbirlərinizdə iştirak etmişəm və çoxlarınızı tanıyıram. Əmək kollektivlərində gördüyünüz işlər, bütün sahələrin sürətli inkişafı, şəhərlərinizin, xüsusilə Bakının tanınmaz dərəcədə dəyişməsi təqdirəlayiqdir. Bu, böyük nailiyyətdir və onu göstərir ki, dövlətiniz nə qədər düzgün yol tutub. Siz həmkarlar ittifaqları sahəsində gördüyünüz işlərlə bizim 20 milyonluq təşkilatımıza nümunə göstərirsiniz.

Ölkənizdə həmkarlar ittifaqlarının ənənələrini qoruyub saxlayırsınız. Halbuki, bütün bunlar, çox təəssüf, Rusiyada itirilmişdir. İndi də siz sosial sığorta fondu ilə əlaqəli şəkildə bir çox proqramların həyata keçirilməsində iştirak edirsiniz. Konfederasiyanın sanatoriya və istirahət mərkəzlərinin inkişafına, işçilərin sağlamlığının qorunmasına, yeni iş yerlərinin yaradılmasına, orada əməyin mühafizəsinin təşkilinə nəzarət edirsiniz.

Bütün bunlar sizin nailiyyətlərinizdir və biz də bu istiqamətdə işləməyə çalışırıq. Nailiyyətlərimiz az deyil. Yəqin ki, xəbəriniz var. Bu yaxınlarda Rusiyada yeni Baş Saziş imzalanmışdır və bu da əməkhaqqının minimum yaşayış həddindən dəfələrlə yüksək olmasına imkan verəcək. Bütün bunlar qanunla tənzimlənəcək. Mən sizə fəal iş, həmkarlar ittifaqları üzvlərinin sayının artmasını və hər bir ailəyə sevinc arzulayıram.

V qurultayınızı təbrik edirəm.

Mixail ŞMAKOV,

Ümumhəmkarlar İttifaqları

Konfederasiyasının prezidenti,

Rusiya Müstəqil Həmkarlar İttifaqları

Federasiyasının sədri