Ahıllar arasında stolüstü oyunlar üzrə yarışın qalibləri müəyyənləşib


Baxıldı : 256

Tarix : 2018-02-03 22:18:01


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Həmkarlar İttifaqları Şurası və Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Naxçıvan şəhər 2 nömrəli Təqaüdçülər Klubunda ahıllar arasında keçirilən nərd, dama və şahmat üzrə yarışa yekun vurulub.

42 iştirakçının mübarizə apardığı yarış Olimpiya sistemi üzrə keçirilib.

Yekun nəticəyə əsasən, nərd yarışında qalib adını Vasif Əhmədov qazanıb. Ramiz Quliyev ikinci, Hikmət Rzayev üçüncü olublar. Şahmat yarışında ilk üç pillədə Nağı Əliyev, Rəşid Sultanov və Əlibəy Kəngərli qərarlaşıblar.

Dama yarışında isə Kəmaləddin İsayev bütün rəqiblərini üstələyib. Nurəddin Səfərəliyev ikinci, İlham Sadiqov isə üçüncü olublar.

Yekunda qaliblər mükafatlandırılıblar.

Azər MUSTAFAYEV

İki medal qazanıblar

“Pəhləvan” İdman Klubu sambo  üzrə Bakı şəhər birinciliyində iki medal qazanıb. İdman Klubu Hövsan Olimpiya İdman Mərkəzində keçirilən yarışda 6 samboçu ilə təmsil olunub. İki nəfər fərqlənərək mükafatçıların sırasına düşüb. Klubun yetirmələri Xəyal Zərbəliyev (75 kq.) ikinci, Tofiq Əliyev (56 kq.) isə üçüncü yeri tutublar.

Xatırladaq ki, birincilikdə 10 çəki dərəcəsi üzrə 141 nəfər idmançı mübarizə aparıb.

Azər MUSTAFAYEV