Şahmat turniri keçirilib


Baxıldı : 294

Tarix : 2015-12-05 05:13:00


İqtisadiyyat və Sənaye Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə nazirliyin aparatı və strukturuna daxil olan qurumların 20-dən çox əməkdaşı arasında keçirilən şahmat turniri başa çatıb.Birinci yerə Nazirliyin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Şöbəsinin məsləhətçisi Sənan Quliyev, ikinci yerə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mütəxəssisi Rəcəb Süleymanov, üçüncü yerə isə Ticarət Siyasəti və Dünya Ticarət Təşkilatı Şöbəsinin baş məsləhətçisi Mirzə Əliyev layiq görülüblər.Nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr əvəzi Fazil Məmmədov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov turnirin qaliblərini təbrik edib, onlara komitənin fəxri fərmanını və pul mükafatı veriblər. Turnirin bütün iştirakçılarına isə şahmat dəsti hədiyyə olunub.AZƏR