Şahmat üzrə çempionat başa çatıb


Baxıldı : 224

Tarix : 2016-02-06 03:17:00


Yanvarın 25-29-da Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və FHN İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə qurumlar arasında şahmat üzrə çempionat keçirilib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 16 komandadan 70-ə yaxın əməkdaş iştirak edib. Yarış həm şəxsi, həm komanda hesabında İsveçrə sistemi üzrə keçirilib. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer alıb.Beynəlxalq dərəcəli baş hakim Namiq İsmayılov və beynəlxalq dərəcəli hakim Vitali Sapronovun hakimlik etdiyi çempionatda yığılan xalların ümumi miqdarına görə qalib komanda və şəxslər müəyyən olunub. Komanda hesabında 1-ci yeri Fövqəladə Hallar Naziliyinin Akademiyası, 2-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 3-cü yeri isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası tutub. Şəxsi hesabda qazanılan xalların sayına görə Vüqar Cəbiyev (Böhran Vəzyyətlərində İdarəetmə Mərkəzi) çempionatın ən güclüsü adını qazanıb. Vaqif Pişiyari (Dövlət Sularda Xilasetmə Xidməti) və Rəşid Behbudov (Mülki Müdafiə Qoşunları) isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.Qalib gələn şahmatçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif edilib.Azər MUSTAFAYEV