Şahzadənin məzarı aşkar edildi


Baxıldı : 295

Tarix : 2015-01-10 04:40:00


Arxeoloqlar Misirdə apardığı qazıntılar zamanı min il bundan əvvəl basdırılmış naməlum bir şahzadənin məzarını aşkar ediblər. Qəbir paytaxt Qahirə şəhərinin cənub-qərbində yerləşən Abusir rayonundan tapılıb. Qəbirdə 4,5 min il bundan əvvəl Misiri idarə edən firon Neferefranın arvadı və ya anasının basdırılması ehtimal olunur. Misir tarixi varislik üzrə naziri Mamdu əl-Damati tapılan qadının Xentakavess olduğunu deyib. Onun qəbiri firon Neferefranın sərdabəsində aşkar edilib.CAVİD