Ailə günü\ adlı tədbir


Baxıldı : 241

Tarix : 2016-08-27 11:30:00


Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə \ Açıq qapı\ günü çərçivəsində \ Ailə günü\ adlı tədbir keçıriləcək.\ Ailə günü\ tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınmışdır. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələri hazırlayacaqlar.İştirakçıları tədbirdə muzey əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması; saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi; dekorativ bəzək əşyaları, qolbaqları, \ Tilda\ kuklasının hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir.Cavid SƏFƏROV