Akademiklərin rütbə maaşları artırıldı


Baxıldı : 62

Tarix : 2018-10-19 21:28:47


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədilə  2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilsin.

Bu Sərəncamdan irəli gələn məsələlərin həlli  Nazirlər Kabinetinə

tapşırılıb.