Akademiyanın tələbəsi Türkiyədə


Baxıldı : 1153

Tarix : 2018-02-24 01:02:29


Azərbaycan və Türkiyə gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə “Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsi çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Xəlil Babayev  fevralın 9-dan 16-dək Kayseri şəhərində səfərdə olmuşdur.

O, səfərin birinci və ikinci günündə Kayseri Gənclik Mərkəzini, Milli Mücadilə Muzeyində (Kayseri liseyi), Gevher Nesibe Xəstəxanasında (Selcuqlu Uygarlığı Muzeyi), Memar Sinan Məhəlləsində (Memar Sinanın doğulduğu ev), Ağırnas Yeraltı şəhərində olmuş, şəhid məzarlığını, o cümlədən 2016-cı il 15 iyul şəhidi Cennet Yigitin məzarını və xatirə evini ziyarət etmişdir.

Səfərin növbəti günlərində X.Babayev Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsinin müdiri Murat Eskici, Kayseri Valisi Süleyman Kamcı, Kayseri Böyükşəhər Bələdiyyə başqanı Mustafa Çelik, Kayseri müftisi dosent Şahin Guven, Talas kaymakamı Zekeriyya Güney, Hak İş Konfederasyonu Kayseri İl Başkanlığının sədri Serhat Çeliklə gorüşmüşdür.

Görüşlər zamanı iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən, gənclərimiz arasında dialoqun inkişaf etdirilməsi üçün bu cür layihələrin həyata keçirilməsinin önəmindən danışılmışdır.

Türkiyəyə səfərin yekununda ümumilikdə layihənin icrası nəzərdən keçirilmiş, bu layihənin hər iki ölkənin gəncliyinə böyük hədiyyə olduğu vurğulanmış, gələcəkdə də davam etdirilməsi məqsədəuyğun sayılmışdır.

 Bəyalı RZAYEV