Aksiya uğurla sona çatıb


Baxıldı : 230

Tarix : 2015-02-07 13:50:00


Avstraliyanın Dandenonq şəhərində İşçilərin Milli Birliyinin (NUW) üzvləri olan \ İnternational Flavours and Fragrances\ (İFF) zavodunun işçilərinin beşgünlük tətili uğurla sona çatıb. Yekunda şirkət tələb olunan bütün maddələrdən ibarət kollektiv müqaviləni imzalamağa razılıq verib. Beynəlxalq Qida Sənayesi Birliyi, Avstraliya Həmkarlar İttifaqı Təşkilatları və yerli əhalinin dəstəyi nəticəsində zavodun kollektivinin qətiyyətli fəaliyyəti ilə üzləşən İFF rəhbərliyi danışıqlara getməyə məcbur olub.Yeni kollektiv müqavilədə əməkhaqlarının üç il ərzində mütəmadi olaraq artırılması, həmçinin digər mühüm müddəalar əks olunub.Elçin ZAKİRİ