Aksiya öz nəticəsini verdi


Baxıldı : 163

Tarix : 2015-10-23 01:43:00


Fransanın əsas aviadaşıyıcılarından biri olan \ Air France\ şirkəti təxminən üç min iş yerinin ixtisarı ilə bağlı planlarına yenidən baxacaq. Bu qərara rəhbərlik oktyabr ayında keçirilən etiraz aksiyalarından sonra gəlib.\ Air France\ -ın baş direktoru A leksandr de Yuniakın sözlərinə görə, ixtisarlar nəzərdə tutulandan üç dəfə az ola bilər.Bu məsələ ilə əlaqədar öz çıxışında ölkə prezidenti Fransua Olland bildirib: \ Şirkət aviadaşıyıcılar sahəsində rəqabət qabiliyyətini bərpa edə bilsə nəzərdə tutulan ixtisarlardan yan keçmək olar. Bunun üçün rəhbərlik öz təkliflərini verməli, pilotlar lazımi səylər göstərməli və yerüstü heyət vəziyyətin reallığını dərk etməlidir. Müdiriyyəti problemi həll etmək üçün əlindən gələni etməyə çağırıram\ .Məlumat üçün bildirək ki, oktyabrın 5-də şirkətin əməkdaşları Parisin Şarl de Qoll adına hava limanında aviadaşıyıcının qərargahının qarşısında irimiqyaslı aksiya keçiriblər. Etiraza səbəb şirkətin antiböhran planı üzrə işçilərin ixtisarı olub.Elçin ZAKİRİ