Aksiyada 60 min nəfər iştirak edib


Baxıldı : 45

Tarix : 2017-12-15 21:46:18


Hollandiyada təhsil səviyyəsinin artırılması üçün ibtidai sinif müəllimlərinin maaşlarının yük-səldilməsi və dərs yükünün azaldılması tələbi ilə tətil keçirilib. Beynəlxalq Təhsil İşçiləri Federasiyasına bağlı  "Algemene Ondervijsbond" (AOb) təşkilatının keçirdiyi tətilə bir sıra təhsil üzrə həmkarlar ittifaqı təşkilatları, valideyn komitələri dəstək verib.

Müəllimlər ibtidai siniflər üçün ayrılan büdcənin və personal sayının artırılmasını, iş yükünün azaldılmasını tələb ediblər.

Etirazlar ölkə üzrə  ümummilli xüsusiyyət daşımasa da, paytaxt daxil olmaqla, bir sıra bölgələrdə  aksiyalar davam edir. Təkcə Haaqada təşkil edilən aksiyaya 60 minə yaxın insan qatılıb, ibtidai  məktəblərin 90 faizi birgünlük bağlanıb.

AOb-dən məsələ ilə bağlı verilən açıqlamada 2018-ci ildə büdcədən ibtidai təhsilə 270 milyon avro ayrılacağı barədə hökumət vəd versə də, bu miqdarın tələbləri qaşılamayacağı bildirilib.

Həmkarlar təşkilatı nümayəndələri təhsil naziri ilə görüş keçirsə də, razılaşma əldə edilməyib. Tətilin təşkilatçıları razılaşma əldə olunmadığı müddətdə aksiyaların təkrarlanacağını açıqlayıblar.

#POinactie həştəqi ilə sosial mediada tətilin gedişi və son məlumatlar paylaşılır.

 

Cavid SƏFƏROV