Aksiyalar bölgələrdə  davam etdirilir


Baxıldı : 47

Tarix : 2020-05-16 03:35:17



Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir.
Respublika Komitəsi öz büdcəsi hesabına xüsusi yardıma və qayğıya ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə və 400-dən artıq aztəminatlı ailəyə ərzaq yardımlarının paylanması barədə qərar qəbul etmişdir. Artıq Bakı şəhəri üzrə siyahısı müəyyənləşdirilmiş aztəminatlı ailələrə ərzaq yardımı aksiyası başa çatmışdır. Hazırda bu aksiya bölgələrdə davam etdirilir. Bu məqsədlə Respublika Komitəsinin aparat işçiləri rayon və şəhərlərə ezam olunmuşdur.