Aktual elmi problemlər müzakirə edildi


Baxıldı : 68

Tarix : 2019-04-05 18:46:05


Martın 28-də Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda “Elm günü”nə həsr edilmiş “Müasir dövrdə dendroloji tədqiqatların aktuallığı” mövzusunda seminar və “Abşeron dendroflorasında invaziv bitki növlərinin tədqiqi”  mövzusunda dəyirmi masa keçirilmişdir.

İnstitutun həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə baş tutmuş hər iki tədbirdə aktual elmi problemlər ətrafında söhbət getmişdir.

Həmin gün Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə İnstitutda “Bitki aləmi” adlanan əl işlərindən ibarət sərgi təşkil edilmişdi. 150 - yə yaxın əl işi nümayiş edilən sərgiyə alimlər və ziyalılar, eləcə də dövlət rəsmiləri dəvət olunmuşdu. Tədbir “Açıq Qapı Günü” ilə davam etdi. Qonaqlar İnstitutun nəzdindəki 3 minə yaxın bitki ilə yaxından tanış oldular. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov belə sərgilərin ayda bir dəfə, açıq qapı günlərinin isə həftədə iki dəfə keçirildiyini dedi. Bildirdi ki, məqsəd Azərbaycanın bitki aləminin gələcək nəsillər tərəfindən öyrənilməsi, eləcə də yaşıllaqların sayının artırılmasıdır.

Tədbirin sonunda ən yaxşı rəsm əsərlərinin müəllifləri mükafatlandırıldı. Müsabiqə qaliblərinə Fəxri fərman, pul mükafatları, diplom və sertifikatlar verildi.