Aktual məsələlər müzakirə olunub


Baxıldı : 149

Tarix : 2015-01-10 04:05:00


Belçikanın Brüssel şəhərində Pan-Avropa Regional Şurasının (PERC) Gənclər Komitəsinin növbəti iclası keçirilmişdir. Yığıncaqda bir sıra aktual məsələ müzakirə olunmuşdur. Hesabat məruzəsi ilə Avropa Həmkarlar İttifaqı İnstitutunun əməkdaşı Kurt Vandeyin çıxış etmişdir. Məruzədə gənc həmkarlar ittifaqı üzvlərinin fikirləri, istəkləri, təşkilatın gələcək fəaliyyətinə baxışları öz əksini tapmışdır. Natiq həmçinin qurumun gənclər hesabına genişləndirilməsi məsələsinə də toxunmuşdur.İclasın birinci günü PERC-in eksperti Anton Lepik və Gənclər Komitəsinin sədri Qoda Nevereuskaytenin başçılığı ilə miqrasiyaya aid problemlər və bu problemlərin gənclərə olan təsiri haqqında müzakirələr aparılmışdır.İclasın ikinci günündə həmkarlar ittifaqının fəaliyyətində gənclərin iştirakını artırmaq yolları araşdırılmışdır. Həmkarlar ittifaqına gənc nəslin cəlb edilməsi və motivasiya ilə bağlı sorğu tərtib olunmuşdur.İclasın sonunda iştirakçılar \ Beynəlxalq Miqrasiya Günü\ mövzusunda fotoaksiyaya qoşulmuşlar.İclasa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Gənclər Şurasının sədri Tural Süleymanov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əlaqələr və İnformasiya Şöbəsinin müdiri Zaur Həmidov da dəvət almışdılar. Onlar gündəlikdə duran məsələlərin müzakirələrində aktiv iştirak etmişlər.B.RZAYEV