Aktyorların müəllif hüquqlarının qorunması


Baxıldı : 209

Tarix : 2015-01-10 04:03:00


Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova Beynəlxalq Aktyorların Həmkarlar İttifaqları Federasiyasının (FİA) dəvəti ilə Londonda səfərdə olmuşdur.O, əvvəlcə İngiltərənin Yayım, Əyləncə və Kinemotoqraf, Teatr İşçiləri Birliyinin (BECTU) təşkilatçısı olduğu ənənəvi \ Beynəlxalq Teatr Festivalı\ nın açılış mərasimində iştirak etmişdir. Sonra FİA-nın növbəti yığıncağına qatılmışdır.Yığıncaqda FİA-nın Baş katibi Dominik Likyorun aktyorların müəllif hüquqlarının qorunması haqqında məruzəsi dinlənilmişdir. BECTU-nun Baş katibi Jerri Morris İngiltərə aktyorlarının bugünkü durumu, fəaliyyətlərinin qiymətləndirilməsi və onların hüquqlarının qorunması məsələlərinə toxunmuşdur. Sonra tədbir müzakirələrlə davam etdirilmişdir.B.RZAYEV