Alıcıların diqqətli olması vacibdir...


Baxıldı : 219

Tarix : 2016-04-22 04:46:00


Son zamanlar marketlərdə aparılan hədiyyə kampaniyaları alıcıların diqqətini çəkir. Adətən hədiyyəli olanlar daha çox istifadə edilməyən və eyni zamanda istehlakçı inamını itirən məhsullardır. Məlum oldu ki, əslində hədiyyə yazılan ərzaq məhsullarını ayrı-ayrılıqda hesabladıqda daha ucuz qiymət alınır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür vəziyyətin istehlakçının aldadılması olduğunu dedi: \ İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə görə, mal satan və ya əhaliyə xidməti göstərən təşkilatlarda, həmçinin ticarət xidmət sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın öz çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə bu, az miqdarda, yəni 40 manat olduqda fiziki şəxslər 600 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 3 min manat miqdarında cərimə edilir. Bəzi marketlər alıcıların diqqətsizliyindən sui-istifadə edərək onları aldatmağa çalışır. Belə ki, vitrində aşağı qiymətə göstərilən məhsulun qiyməti kassada bir neçə qəpik baha olur. Çox vaxt qiymət fərqi cüzi olduğundan alıcılar bu fərqi hiss etmirlər. Fərq cüzi - bir neçə qəpik olsa da, yüzlərlə çeşid məhsulun satıldığı marketlərdə bu, yaxşıca əlavə və asan gəlir deməkdir. Çox alış-veriş edən müştərilər isə bu fırıldağın fərqində olmurlar. Çünki alınan onlarla məhsulun hansının qiymətinin bir neçə qəpik baha olub-olmamasını müəyyən etmək asan deyil.Bu cür halla rastlaşan müştərilər kassada öz etirazlarını bildirsələr də, aldıqları cavab belə olur: \ Məhsulun qiyməti dəyişib. Kassada olan qiymətlər yeni qiymətlərdir. Vitrindəki qiymətləri, hələ ki, dəyişməmişik\ .Bu səbəbdən alıcıların marketlərdən alış-veriş edərkən diqqətli olması vacibdir.Aliyə SƏMƏDOVA