Alimlərin problemləri...


Baxıldı : 229

Tarix : 2015-01-10 04:11:00


araşdırıldı, həll yolları təklif olunduMilli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının (AHİ) növbəti Məclisinin gündəliyi günün tələblərindən irəli gələn məsələlər əsasında tərtib olunmuşdu. İttifaqın sədri İsa Alıyev əvvəlcə gündəlikdə duran ilk məsələ-AHİ və ilk təşkilatların keçirdiyi tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verdi. Bildirdi ki, Akademiyanın rəhbərliyində gedən dəyişikliklərdən sonra həm elmin inkişafı, həm də elm sahəsində çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində uğurlu addımlar atılıb. Alimlərin I qurultayı, \ Elm\ festivalı keçirilib. Əməkdaşların mənzil-məişət məsələlərinə diqqət artıb. Gənclərlə iş qurulmaqdadır. Elmi fəaliyyətlərinə maddi, mənəvi dəstək göstərilməsi istiqamətində müəyyən planlar hazırlanıb reallaşdırılır. İlk dəfə idi ki, həmkarlar ittifaqının təşkilatçılığı ilə gənc alimlərin futbol yarışı təşkil olundu. Qaliblər təntənəli şəkildə mükafatlandırıldılar. Gənclərə teatr tamaşalarına biletlər alınıb verilib. Həmkarlar ittifaqı üzvləri üçün şənliklər keçirmişik. Musiqi ansamblı yaratmışıq.Mən bu və digər tədbirlərdə ilk təşkilatların əməyini, köməyini xüsusi qeyd etmək istəyirəm. Təbii ki, hər bir tədbirin layihəsi ilk təşkilat sədrləri, ilderləri ilə birlikdə, kollegial şəkildə işlənib hazırlanıb. Məqsədimiz ilk növbədə gənc alimləri bir araya gətirmək, aralarındakı ünsiyyəti möhkəmləndirmək, onların sağlamlığının qayğısına qalmaqdır.İ. Alıyev sözünə davam edərək ded: \ 2014-cü ildə 250-dən artıq yollayış alıb HİK üzvlərinə vermişik. Mənzil problemi üzərində də çalışırıq. İnstitutlarımızın yeməkxanalarında müəyyən sayda işçilər pulsuz nahar edir. Ehtiyacı olanlara müavinətlər verilir, həmkarlar ittifaqı tərəfindən maddi yardım göstərilir\ .İsa müəllim son illərdə əldə edilən uğurlara baxmayaraq, problemlərin tam aradan qaldırılmasının mümkün olmadığını da diqqətə çatdırdı. Dedi ki, elə alimlərimiz var artıq yaşlanıb, amma indiyə kimi mənzili yoxdur. Hələ mən gənc alimlərimizi demirəm. Böyük əksəriyyəti kirayə mənzillərdə yaşayır. Bu xoşagəlməz hal hamımızı narahat edir. Akademiyanın prezidenti hörmətli Akif Əlizadə alimlərin I qurultayında mənzil məsələsinə toxundu. Bildirdi ki, Akademiya əməkdaşlarının mənzil tələbatını qismən də olsa aradan qaldırmaqdan ötrü yaşayış massivi salınmalıdır. O belə massivin salınmasına səy göstərir. Sədr kurort-sanator müəssisələrinə, turizm mərkəzlərinə yollayışların sayının tələbatı tam ödəməməsinə də aydınlıq gətirdi: \ Əvvəla, həmkarlar ittifaqının balansında olan mövcud sanatoriya və kurort bazalarında fiziki baxımdan bütün üzvlərin yerləşdirilməsi qeyri-mümkündür. İkincisi, işçilərimizin hamısı istirahətə, sanatoriya müalicəsinə eyni vaxtda-yay aylarında getməyi üstün tuturlar. İlin digər fəsillərində nədənsə təklif olunan yollayışlardan imtina edirlər\ .Məruzə ətrafında çıxışlarda da mövcud vəziyyətdən çıxmaq yolları ortaya qoyuldu. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsi barədə danışanlar təklif etdilər ki, Akademiya əməkdaşları üçün xidməti evlər tikilsin. Kirayədə yaşayan alimlər ora yerləşdirilsin. Bu onların gəlirlərinə qənaət etmək, mənzil üçün pul toplamaq imkanı yaradar. Kooperativ evlərin inşa olunması təşəbbüsü də məclis iştirakçıları tərəfindən təsdiq olundu. Ümid etdiklərini bildirdilər ki, bu işdə dövlət də Akademiyaya maliyyə dəstəyi göstərər.İclasda kollektiv müqavilələrin əhəmiyyətindən də söz açıldı. Bu sənədin işçilərin əmək, sosial hüquqlarının müdafiəsində ciddi rol oynadığı qeyd edildi. İlk təşkilat sədrlərinə tövsiyə edildi ki, kollektiv müqavilələr hazırlanarkən HİK üzvlərinin təklifləri, istəkləri öyrənilsin. Müəssisənin imkanları nəzərə alınsın. Yalnız belə olduğu halda kollektiv müqavilələrdə götürülən öhdəlikləri reallaşdırmaq mümkün olar.Məclisdə Milli Elmlər Akademiyasının qarşıdan gələn 70 illik yubileyinə hazırlıq işləri də müzakirə edildi. Sonda gündəlikdə duran məsələlərlə bağlı qərar qəbul olundu. Növbəti dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirildi. B.RZAYEV