Almadan insan orqanlarının implantları yaradılacaq


Baxıldı : 154

Tarix : 2017-03-04 03:15:04


"Alma müasir tibb üçün yeni imkanlar yaradacaq, insan orqanlarının implantları məhz bu meyvədən yaradılacaq". Bu barədə kanadalı alim, Ottava Universitetinin dosenti Endryu Pilling bildirib.

Gənc alimin sözlərinə görə, insan orqanlarının implantları çox bahalıdır, onların süni yolla yaradılması isə çox çətin prosedurdur, amma alma ucuz və rahat materialdır, meyvədən yeni orqanlar böyüdüb implantlar yaratmaq daha asan və sərfəli olacaq:"Əvvəl almanı lazımi formada kəsib hüceyrələrini neytrallaşdırmaq lazımdır, daha sonra qalan meyvə qatına insan DNK-sı əkilməlidir, hüceyrələr inkubatorda böyüyərək nəticədə insan qulağına çeviriləcək".

Alimin sözlərinə görə, bu cür qulaqlar insan bədəninə uyğunlaşır, bu, artıq təcrübələrlə sübut olunub.

Laboratoriya tədqiqatlarını sübut etmək üçün kliniki sınaqların keçirilməsi planlaşdırılır, sınaqlar uğurla başa çatsa, müasir tibb yeni imkanlar əldə edəcək.

Azər MUSTAFAYEV