Altı medal qazanıblar


Baxıldı : 32

Tarix : 2017-11-10 21:29:10


“Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin güləşçiləri Hövsan Olimpiya İdman Kompleksində keçirilən sərbəst güləş üzrə böyüklər arasında Bakı şəhər çempionatında 6 medal qazanıblar.

Bunlardan biri qızıl, biri gümüş və dördü isə bürünc medaldır. Yarışda 74 kq. çəki dərəcəsində çıxış edən Kamil Hüseynov  bütün rəqiblərindən üstün olub və birinci yeri tutub. Yalnız final qarşılaşmasında məğlub olan Mahir Əliyev ( 125 kq.) gümüş medala layiq görülüb. Fərid Nəsibov ( 70 kq.), Füzuli Hüseynov ( 70 kq.), Rüfət Quliyev ( 74 kq.) və Hüseyn Hüseynov ( 97 kq.) isə yarışı üçüncü sırada başa vurublar. Güləşçilərimizin uğur qazanmasında onlara yüksək əzmlə təlim keçən məşqçilər Vüsal Axundov, Fəxrəddin Nuriyev, Cavid Qurbanzadə və Akif Qurbanovun da  böyük zəhməti var.

Cəmiyyətin yetirmələri yarışın sonunda müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Azər MUSTAFAYEV